“Fiquralı” qızlar məktəbdə daha yaxşı oxuyurmuşlar
Bizi izləyin

Maraq dünyası

“Fiquralı” qızlar məktəbdə daha yaxşı oxuyurmuşlar

Məlum olub ki, ağır çəkili qızlar dərslərini pis oxuyur, aşağı qiymətlər alırlar.

Gözəl bədən quruluşlu qızlar kök məktəbli qızlarla müqayisədə daha yaxşı təhsil alırmışlar. Publika.az xəbər verir ki, ABŞ alimləri araşdırmalardan sonra bu nəticəyə gəliblər. Məlum olub ki, ağır çəkili qızlar dərslərini pis oxuyur, aşağı qiymətlər alırlar.

Maraqlıdır ki, bu göstərici ağdərili qızlara aiddir. Qaradərili qızlarda qiymətin köklüyə, arıqlığa aidiyyatı yoxdur. Mütəxəssislər bunu ağdərili qızların köklüyünü kompleks etməsi ilə əlaqələndirirlər. Qaradərili qızlar isə artıq çəkini özlərinə dərd etmirlər. Məktəbdə oğlanlar kök qızları qıcıqlandırdıqları üçün onlar dərslərini öyrənib lövhə qarşısına çıxmağa utanırlar. Xüsusən də pis qiymətlər humanitar fənlərdən alınır. Mütəxəssislər humanitar fənlərdə, xüsusən ədəbiyyat və ya sosialogiyada qadın amilinin üstünlük təşkil etməsinin burda rolu ola biləcəyini ehtimal edirlər.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm