Əcnəbi dillərin FƏSADLARI: bu dillərdən ehtiyatlı olun!
Bizi izləyin

Maraq dünyası

Əcnəbi dillərin FƏSADLARI: bu dillərdən ehtiyatlı olun!

Dünya dilləri çətinliyinə, asanlığına, qədimiliyinə, zərifliyinə və b. cəhətlərinə görə səciyyələnir. İnsanlar bir-birləri ilə ünsiyyət yaratmaq, yazmaq, oxumaq üçün dildən istifadə edirlər. Amma dil, eyni zamanda onu yaradıb, istifadə edən insanın orqanizminə də xidmət edir. Bu xidmət müsbət və mənfi yönümlü ola bilər. Yəni dillərin rahat və çətinliyinə görə ondan daimi istifadə edən xalqlarda müəyyən fiziki dəyişiklər formalaşa bilər.

Publika.az bununlabağlı yazını təqdim edir:

Dilin orqanizmdə müəyyən fiziki dəyişiklər formalaşdırmasına nümunə gətirək ki, daha anlaşılsın. Məsələn: fransız dili dünyanın ən gözəl və axıcı dillərindən hesab olunur, əksər sevgi nəğmələri bu dildə yazılmış şeirlərə bəstələnir, insanlar bu dili öyrənməyə can atırlar. Amma bu dilin tam bir xəstəlik saçdığını bilirdinizmi?

Məsələn, fransız dilinin tələffüzündə “r” səsinin “ğ”laşması var. İndi gəlin qri (boz) sözünü “qği” edək və bunu 10 dəfə təkrarlayaq. Daha sonra orevuar (görüşənədək, sağ ol) sözündə “r”nı “ğ”laşdıraq və bunu da dəfələrlə təkrarlayaq. Çox yox, yarım saatdan sonra ağız və boyun nahiyənizdə kəskin ağrılar yaranacaq, dodaqlarınız çatlayacaq, bogaz əzələləriniz gərginlikdən ağrıyacaq. Belə vəziyyətdə, üstünə də soyuq su içsəniz, vəssalam: Allah şəfa versin! Ona görə də, əsl fransız dili mütəxəssisləri, bu dili yeni öyrənənlərə başlanğıc səviyyədə “r” səslərini olduğu kimi saxlamağı tövsiyə edirlər. Bəzi əcnəbilər isə ümumiyyətlə “r”nı “ğ” kimi tələffüz etməkdən imtina edirlər. Məsələn, italyan əsilli Misir müğənnisi, məşhur Dalida həmişə “r” səsi ilə fransızca danışıb.

Yaxud: ingilis və ərəb dillərində dil-diş arası “dz” səsi var. Ərəbcə öyrənənləri bilmirəm, ancaq ingiliscə öyrənənlər bu səsi elə sadə “z” kimi səsləndirirlər, əcəb də edirlər. Çünki bu dil-diş arası “dz” səsi də danışanlara az dərd yaratmır. Hər kəsin dişləri inci kimi sıralanmayıb: iri, aralı, iti dişli olan insanlar var. Təsəvvür edin, hər dəfə bu “dz”nı səsləndirəndə dil ucu diş arasına ilişə, insan öz dilini tez-tez dişləyə bilər. Bundan yayınmağı bacarsa da, daimi diş arasına girən dil ucluğunda keyimə yaranar. Dadbilmə duyğularının bəziləri dil ucunda yerləşdiyi üçün keyləşmiş, həssaslığını itirmiş dil dadbilməni zəif hiss edəcək ki, bu da düzgün qidalanmaya fəsad yarada bilər.

Portuqal, italyan və ispanların danışarkən niyə əl-qolunu oynatdığı, emosional olduğunu düşünmüsünüzmü? Məsələ burasındadır ki, bu dillər həddən artıq sürətlidir. Sürətli danışmaq üçün tez-tez nəfəs almaq lazımdır, buna görə də ağciyər, eləcə də bir-biri ilə vəhdət təşkil edən orqanizmin digər üzvləri “gücləndirilmiş iş rejiminə” keçir. Daxili orqanların sürətli fəaliyyəti qanı da sürətləndirir və beləliklə coşqun qanın yaratdığı yüksək emosionallıq qaçılmaz olur. Burada sual yarana bilər: bəs tarixi az qala, dünyanın özü qədər olan bu dillərin daşıyıcıları necə indiyədək belə fəsadlardan əziyyət çəkməyiblər? Suala yenə misalla cavab verim: hindlilər və afrikalılar, elə qonşu gürcü və türklərin mətbəxi yüksək acılı təamlarla seçilir. Bu xalqların yediyi yeməyi biz yesək, çoxdan içalatımızı kabab eləmişdik, ona görə də onların mətbəxini ölkəmizdə sifariş edəndə, fərqindəsinizsə, “acısız olsun” və ya “orta acılı, lütfən” deyə ağız dadımıza uyğunlaşdırırıq. Yəni bu xalqlar acı dadla dünən tanış olmayıblar, ta qədimdən belə qidalanıblar, ona görə də nəinki daxili orqanları, genləri də acını qəbul edib. Bizsə, sonradan daddığımız üçün uyğunlaşa bilmirik, orqanizmimiz qəbul etmir. Dil də həmçinin, “gərgin dil”lərin daşıyıcıları əsrlərdir bu dillərdə danışırlar. Gen yaddaşına köçdüyü üçün orqanizm özü-özünü tənzimləyir. Amma bu dilləri sonradan öyrənənlər üçün bir müddət problemlər yaranır.

Ən maraqlısı odur ki, yuxarıda adlarını qeyd etdiyim dillər dünyanın 7 beynəlxalq dilləri arasındadır. Ola bilsin ki, bu dilləri gözəl səslənişinə görə seçiblər, təbii ki, burada həmin dillərin ölkələrinin gücü də az rol oynamayıb.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm