Yutuba baxmaqla özünə təyyarə düzəltdi - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Yutuba baxmaqla özünə təyyarə düzəltdi - FOTOLAR

İndi də dəniz təyyarəsi üzərində çalışmağa başlayacaq.

Kambocanın cənub-şərqindəki Svay Reyng əyalətində yaşayan 30 yaşındakı Pin Long bir il ərzində özünün uşaqlıq xəyalını gerçəkləşdirib. Tarlada çalışmaqla dolanışığını təmin edən kasıb ailədə dünayaya gələn Pin orta təhsillidir.

Publika.az xəbər verir ki, 30 il ərzində bir dəfə də olsun təyyarəyə minməyən Pin 3 il ərzində yutub sosial şəbəkəsində təyyarə zavodlarının virtual turlarını, təyyarələrin eniş, qalxış və uçuş metodlarına dair videolar izləyib.

Daha sonra İkinci Dünya Müharibəsində istifadə edilən tək nəfərlik təyyarənin oxşar modelini hazırlamağa başlayıb. O, təyyarənin pilot kreslonu ayaqlarını kəsdiyi plastik stuldan, gövdəsini isə mazut çənindən hazırlayıb. Başına motosiklet kaskası qoyan Pin təyyarəni tarla üzərində 50 metr yüksəkliyə qədər havalandırıb.

Təyyarənin anidən yerə çırpılmasını isə o, 500 kiloqram ağırlıqla əlaqələndirir.

İki uşaq atası olan P.Long indi də dəniz təyyarəsi üzərində çalışmağa başlayacaq.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm