"Sevdiyiniz əlinizi belə tutursa, deməli çox ehtiraslı..." - - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

"Sevdiyiniz əlinizi belə tutursa, deməli çox ehtiraslı..." - - FOTOLAR

Bədən dili qarşı tərəfə həddən artıq informasiya ötürə bilir.

Bədən dili qarşı tərəfə həddən artıq informasiya ötürə bilir. Buna diqqət etməklə siz qarşınızdakı adamın və ya adamların necə mövqe tutduğunu aydın görə bilərsiz. Fərqində olmadan əlini tutduğunuz insanla ətrafdakı insanlara şəxsi münasibətiniz haqqında xüsusi mesajlar vermiş olursuz. Psixoloqlar cütlüklərin əl-ələ tutmasının belə onların şəxsi münasibətlərdə bir-birinə qarşı olan hisslərinin nə dərəcədə güclü olduğundan xəbər verdiyini deyir.

1. Əgər sevdiyiniz insan sizin əlinizi ovuc içinin bir-birinə toxunacağı və barmaqların iç-içə keçəcəyi tərzdə tutursa, bu, sizin çox ehtiraslı münasibətinizin olduğundan xəbər verir. Bir-birinə hədsiz dərəcədə bağlı insanlar hər zaman əllərini bu şəkildə tutur. Ancaq bəzən ehtiraslı münasibət, güclü sevgi insanların bir-birinin həyatına həddən artıq müdaxilə etməsi ilə nəticələnir.

2. Əgər sevdiyiniz şəxs sizin əlinizi yumruq şəklində ovcunun içərisinə alaraq tutursa, bu, münasibətdə qarşı tərəfin dominant olduğuna işarədir. Eyni zamanda şüuraltı sahiblənmə duyğusunun həddən ziyadə çox olduğunu göstərir. Bu tip insanlar qarşı tərəfin istəyinə qarşı laqeyd ola bilər. Bəlkə də, eqoist davranışlar belə sərgiləyə bilər.

3. Cütlüklərin barmaqlarını iç-içə keçirərək bir-birinin əlini tutması sadəcə onların birlikdə olduğundan xəbər verir. Burada kənara hec bir sevgi, ehtiras ötürən simvol yoxdur.

4. Münasibətlərdə bir tərəf, digər tərəfin əlini boş saxlayırsa, bu, iki tərəfdən birinin laqeyd olduğuna dəlalət edir. Bu, tək tərəfli münasibətə işarədir. Bu tip münasibətlərdə ciddi uyğunsuzluq problemlərinin olduğu müşahidə olunur.

5. Əgər sevdiyinizin əlini biləklərin bir-birinə toxunacağı tərzdə tutursunuzsa, bu sizin sevginizə qayğınızdan və qarşınızdakı insana hörmətinizdən xəbər verir. Nə qədər dərin sevginiz olsa da, bu, ehtiraslı bir cütlük olduğunuza işarə etməz.

6. Tək barmaqla əl-ələ tutan cütlüklər öz azadlıqlarına düşkün olurlar. Bu cütlüklər bir-birlərinin şəxsi həyatına qətiyyən hörmət göstərmir və yeri gələndə ən kiçik problemdə belə geri çəkilirlər. Bu münasibətlərin ömrü uzun olmur.

7. Əllərini bu şəkildə tutan cütlüklər cəmiyyətə oynayır. Onlar ətrafdakılara sanki "o mənimdir", "mənə aiddir" mesajını verməyə çalışır. Onlar arasında heç bir şəxsi münasibətdən, sevgidən söhbət belə gedə bilməz.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm