Ekstrasensin təsəvvüredilməz sərvəti aləmi BİR-BİRİNƏ QATDI - FOTO
Bizi izləyin

Maraq dünyası

Ekstrasensin təsəvvüredilməz sərvəti aləmi BİR-BİRİNƏ QATDI - FOTO

Rusiyanın məşhur ekstrasensi, SSRİ liderlərindən bəzilərinin şəxsi öngörücüsü olmuş Cuna Davitaşvilinin mirası üstündə qohumları “müharibə”yə başlayıblar.

Publika.az xəbər verir ki, 2 il bundan qabaq dünyasını dəyişmiş Cunanın yeganə oğlu 2001-ci ildə vəfat etdikdən sonra onun birbaşa varisi qalmamışdı. Ona görə də yaxın qohumlardan əlavə yalançı qohumlar da ortalığa çıxmağa başladı.

Öngörücünün mirası isə elə müharibə başladacaq qədərdir. Belə ki, Cunanın Moskvanın mərkəzində üç mənzili, Moskva ətrafında üçmərtəbəli villası, bundan başqa Arbat meydanında 1200 kv metrlik malikanəsi var. Həmçinin paytaxtın 2018-ci ildə istifadəyə veriləcək göydələnlərindən birində də qabaqcadan pulu ödənilmiş 200 kv metrlik bir mənzilinin olduğu bildirilir. Bundan başqa Cunanın banklarda xeyli maddi vəsaiti və həmin evlərin içində olan ən son məişət texnologiyası, bahalı hədiyyələri, rəsm əsərləri, incəsənət nümunələri yer alır. Amma onlardan böyük qismi artıq öngörücününü rəhbəri olduğu Beynəlxalq Alternativ Elmlər Akademiyasının yaradıcılarından biri Sorqon tərəfindən mənimsənilib.

Cunanın keçmiş sürücüsü və mühafizəçidi iddia edir ki, Sorqon onun evlərindən bir neçəsini də satmaq niyyətindədir. Həmçinin özlərini qohum kimi qələmə verən şəxslər də varidat üstündə bir-biri ilə gərgin münasibətdədirlər. Amma baxıcının vəsiyyət qoymaması səbəbindən hazırda bir belə varidata kimin yiyə duracağı bəlli deyil.

Şəfiqə ŞƏFA

Oxumağa davam et
Reklam
Reklam

Gündəm