London istehsalı olan üzük 251 AZN-ə satışa çıxarılacaq - TƏCAVÜZƏ SON - - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

London istehsalı olan üzük 251 AZN-ə satışa çıxarılacaq - TƏCAVÜZƏ SON - - FOTOLAR

Qadınlar tərəfindən böyük maraqla qarşılanıb.

Dünyada xüsusilə müdafiə olunmağa ehtiyacı olan xanımlar təəssüf olsun ki, hər zaman təhlükədən qoruna bilmirlər. Hər gün istər yerli, istərsə də xarici mətbuatda qadınların başına gətirilən dəhşətli hadisələr haqqında xəbərlərə rast gəlirik.

Bu və bənzəri halların qarşısını almaq məqsədilə Londonda keçirilən texnologiya sərgisində nümayiş olunan üzük cəmiyyətdə, xüsusilə qadınlar tərəfindən böyük maraqla qarşılanıb.

Publika.az xəbər verir ki, qadınların ən çox istifadə etdiyi aksessuarlardan biri üzükdür. Texnoloqların hazırladığı təhlükəsizlik cihazının məhz üzük formasında olmasının səbəbi xanımların diqqət çəkmədən özlərini müdafiə edə bilməsi üçündür.

Belə ki, nümayiş olunan xüsusi üzük iki - qara və ağ rənglərdə olacaq. Hazırda qiyməti 149 dollar olan üzüyün satışı yalnız ABŞ-da gerçəkləşdirilir.

Üzüyün əsas məqsədi insanlar arasında sürətli əlaqə yaratmaq, eyni zamanda təhlükə anında, təcavüz, cinsi istismara məruz qalan qadınların tez bir zamanda kömək çağırmasını təmin etməkdir.

Üzüyün içərisinə yerləşdirilən xüsusi proqram sizin harda olduğunuza dair dəqiq məlumatları əvvəlcədən sistemin yaddaşına qeyd etdiyiniz nömrələrə ötürür. Bunun üçün sadəcə üzüyün içəri tərəfində qoyulan kiçik buttonu 3 saniyə basılı tutmaq kifayətdir.

Deyək ki, üzüyü səhvən işə saldınız və sizə heç bir kömək lazım deyil. O zaman da əmri ləğv etmək üçün daha əvvəldən təyin etdiyiniz şifrəni yığırsız.

Üzük tamamilə təhlükəsiz şəkildə istehsal edildiyi üçün cihazdan uşaqlar da istifadə edə bilər.

Üzüyün digər ölkələrdə satışa çıxarılacağı ilə bağlı rəsmi məlumat yoxdur.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm