• USD 1,7000 0,00% EUR 1,9020 -0,40%
    • GBP 2,1349 +0,18% RUB 0,0265 +0,38%

İnsanabənzər robot jurnalistlərə müsahibə verdi - VİDEO

İnsanabənzər robot jurnalistlərə müsahibə verdi - VİDEO

İyun ayının 7-9 tarixlərində Cenevrədə "AI for Good" Qlobal Sammiti keçirilib.

Publika.az xəbər verir ki, sammitdə bəşəriyyətin ən qlobal problemlərinin süni intellekt yolları ilə həlli müzakirə edilib. Avropa İittifaqı ölkələrindən bir qrup ekspertin iştirak etdiyi sammitdə alimlərin hazırladığı ilk insanabənzər robot nümayiş olunub.

Sofiya adlı robot jurnalistlərin ünvanladığı suallara cavab verib. Robotun insanlara xas bütün emosiya və qarşılıqlı əlaqələri öyrənəcəyi, bir sıra sabit ifadələr vasitəsilə insanlara daha intelektual və anlaşıqlı cavablar verəcəyi bildirilib.

Sofiyanın yaradıcıları düşünür ki, insanabənzər texnologiya cəmiyyətin texnologiyaya marağını daha da artıracaq.

Hazırda robot insanlarla sosial mövzularda söhbət edə bilir. Gələcəkdə daha da təkmilləşdirilmiş proqramla təchiz olunacağı deyilən Sofiya dünya mediasını fəth edib.

Könül Cəfərli

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR