Səhrada ölümdən qurtuldu - "Yarım litr suyum qalmışdı..." - - VİDEO
Bizi izləyin

Maraq dünyası

Səhrada ölümdən qurtuldu - "Yarım litr suyum qalmışdı..." - - VİDEO

On ikinci gün artıq Emilinin yeməyə heç bir qidası qalmamışdı.

Tənha bir çöldə, qızmar səhranın ortasında tək başına qalmaq kimlərəsə film ssenarisi kimi gələ bilər. Lakin bu qorxunc hekayə fransalı bir səyyahın başına gəlib.

Fransız səyyahı Emili Lerayın 20 il əvvəl yaşadığı hadisələri paylaşması həqiqətən də həyatda ölümdən başqa hər şeyin bir çarəsi olduğunu xatırladıb.

Publika.az sizə həmin hekayəni təqdim edir:

1993-cü ildə təqaüdə çıxmış elektrik mühəndisi Emili Leray təkbaşına səyahət etmək qərarına gəlib. O, "Citroen 2CV" model avtomobili ilə Afrikadakı Mərakeş çölünə yola düşür.

Qarşıda onu hansı macəraların gözlədiyindən xəbərsiz olan Emilinin ilk sınağı avtomobilinin yolda qalması ilə başlayır. Emili yaşayış zonasından xeyli uzaqda, səhranın tam ortasında çarəsiz vəziyyətdə qalır.

Mühəndislik zəkası ilə özünü çətin vəziyyətdən çıxaran Emili ilk olaraq avtomobilin hissələrini parçalayaraq heç bir alət və elektrik avadanlıqları olmadan motosiklet düzəldir.

Emili bir müddət qum fırtınalarından qorunmaq üçün avtomobilinin gövdəsini ayırıb sığınacaq halına gətirib.

On ikinci gün artıq Emilinin yeməyə heç bir qidası qalmamışdı. Sadəcə yarım litr içməli sudan başqa səhrada onu ayaqda tutan heç nə və heç kim yox idi. İnsan olmayan bir yerdə, enerji mənbəyi və elektrikli alətlər olmadan düzəltdiyi motosikleti ilə yoluna davam edən Emilini 1 gün sonra Mərakeş polisi tapır. Polislərin köməyi ilə səyyah yaxınlıqdakı yaşayış məntəqələrindən birinə aparılır.

Hazırda Emili Lerayın 62 yaşı var və o, bu günə qədər həmin motosikleti xatirə olaraq qoruyub saxlayıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm