Arxitekturanın şah əsəri sayılan 16 km-lik körpü - - FOTO/VİDEO
Bizi izləyin

Maraq dünyası

Arxitekturanın şah əsəri sayılan 16 km-lik körpü - - FOTO/VİDEO

Körpü xüsusilə səmadan çox əsrarəngiz görünür.

Skandinaviyada iki ölkəni - İsveçlə Danimarkanı ayıran Eresun boğazı özünün qeyri-adi, unikal layihəsi ilə arxitekturanın şah əsəri hesab olunur. İsveçli və danimarkalı vətəndaşlar ənənəvi olaraq bərələrdən istifadə edirdi ki, bu da uzun zaman alırdı. Xüsusi quruluşuna görə digər bütün layihələrdən seçilən nəhəng körpünün tikilməsi bir neçə problemi eyni zamanda həll edib.

Publika.az xəbər verir ki, danimarkalı memar Georq Rotne tərəfindən layihələşdirilmiş 16 kilometrlik Eresun körpüsü 2000-ci il iyun ayının 1-də istifadəyə verilib.

Bənzəri olmayan ikimərtəbəli nəhəng körpü-tunel ümumilikdə 4 hərəkət zolaqlı avtomagistral və dəmiryolu kimi istifadə olunur.

Körpünün birinci hissəsi boğaz mərkəzində yerləşdirilmiş süni adada qurtarır. Tunelə doğru çəkilən yol yerin altında yox olur.

Körpünün bu cür qeyri-adi quruluşu təyyarələrin paytaxt Kopenhagenin yaxınlığında yerləşən hava limanına rahat enişi və gəmilərin Eresun boğazından rahat keçməsini təmin etmək üçün seçilib.

Körpü xüsusilə səmadan çox əsrarəngiz görünür.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm