• USD 1,7000 0,00% EUR 1,9164 0,00%
    • GBP 2,1547 0,00% RUB 0,0263 0,00%

Meşədə, həbsxanada, akvariumda, kitabxanada... - Dünyanın ən qeyri-adi otelləri

Meşədə, həbsxanada, akvariumda, kitabxanada... - Dünyanın ən qeyri-adi otelləri

Standartlardan kənara çıxıb, fərqli məkanlarda olmaq, yay tətilini yeni yerləri kəşf edərək keçirmək istəyənlər üçün hazırlanmış maraqlı otellər var. Qeyri-adi konseptdə hazırlanmış otellər, yaradıcılığı və dizaynı ilə sərhəd tanımayan, qeyri-adi atmosferə malik olan bu otellərə getməklə unudulmaz anlar yaşaya bilərsiniz. Publika.az konseptinə görə ən qeyri-adi otellərə qiyabi səyahət təşkil edir.

“Free Spirit Spheres”

Vankuver adasında yerləşən bu otel yerdən 5 metr yüksəklikdə asılmış kürə otaqlarla dünyadakı ən maraqlı dizaynına malik otellərdən hesab olunur. Kolumbiya sahillərində, yağışlı meşələrin içində yerləşən “Free Spirit Spheres”in təqdim etdiyi gözəllikləri kəşf etmək üçün əla seçimdir. Sərin, maraqlı, bənzərsiz ağac evlər və ekzotik meşə... Pis səslənmir, elə deyilmi?

“Karosta Həbsxanası” oteli

Məhkum olmağın, həbsxanada qalmağın necə bir hiss olduğunu bilmək, üstəlik bunu xarici bir ölkədə yaşamaq istərdinizmi? Bu qeyri-adi tətil üçün Latviyada "Karosta həbsxanası" kimi tanınan oteli seçə bilərsiniz. Keçmişdə həqiqətən də həbsxana kimi istifadə edilmiş Karosta sonralar otel kimi fəaliyyətə başlayıb. Karosta həbsxanasında muzey, xüsusi turlar və bir çox fərqli tədbirlər var. Qonaqlarına dünya standartlarında xidmət göstərən otel macərasevər və dəmir barmaqlıqlar arasında yaşamaq istəyənləri bu unikal təcrübəyə çağırır.

“Aquarium de Paris”

Dünyanın ilk sualtı otel otağının olduğu “Aquarium de Paris” Eyfel Qülləsinin düz qarşısında yerləşir. Cütlüklər üçün xüsusi hazırlanmış bu otağın olduğu akvariumda 35 köpək balığı, eləcə də bir çox fərqli balıq növü yaşayır. Olduqca məşhur olan otel otağı, dünyanın müxtəlif yerlərindən gələn turistlərin axınına məruz qalır. Divarları tamamilə şüşədən olan otaqda, 360 dərəcə panoramik görünüş imkanı var. Bir neçə saatlıq da kirayəsi mümkün olan otaqdakı mənzərə, böyüklər qədər uşaqların da diqqətinə səbəb olur.

“Kitab və Yataq” oteli

Beynəlxalq aləmdə “Book and Bed” kimi tanınan otel yalnız kitab və bol vaxtın olduğu tətil xəyalını quranlar üçün olduqca maraqlı bir anlayışdır. Münasib qiymətləri ilə də diqqət çəkən otelin rəflərində, fərqli dillərdə və janrda 3200 kitab var. Rahat yataqları, qabarıq yastıqları və yüngül yorğanları olmasa da, bu maraqlı otel qonaqlarını sözlərlə xəyallar bir-birindən ayırd edilə bilməyənə qədər oxumağa dəvət edir. "Beş ulduzlu bir otelə gedəndə özümü otelin barında yatmaq istəyərkən tapıram" deyən otel rəhbəri So Rikimaru hər kəsi Tokioya dəvət edir.

Amin

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR