Planetimiz haqqında İNANMAYACAĞINIZ FAKTLAR - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Planetimiz haqqında İNANMAYACAĞINIZ FAKTLAR - FOTOLAR

Əsrarəngiz və rəngarəng dünyamız haqda bilmədiyimiz o qədər maraqlı faktlar var ki, ömrümüzün sonunadək araşdırsaq da bəs etməyəcək.

Publika.az planetimiz haqda ən ağılasığmaz məlumatları təqdim edir:

Qurbağa yağışı

1953-cü ilin 7 sentyabrında ABŞ-ın Lester şəhərində göydən yerə minlərlə qorbağa yağmışdı.

Ağıllı timsahlar

Timsahlar kifayət qədər ağıllı heyvanlardır. Onlar dərin sulara doğru üzməyə başlayanda ağır daşlar udurlar ki, batmasınlar.

Eskimosların soyuducuları

Eskimoslar ərzaq donmasın deyə soyuducuya qoyurlar. Təsəvvür edirsiniz, onların yaşadığı ərazi necə soyuqdur?

Yazılanı pozan çörək

Renzin pozanların kəşfindən əvvəl insanlar karandaş və mürəkkəblə yazılanları silmək üçün çörək qırıntılarından istifadə edirdilər.

100 qramlıq pəhləvan

Herkules adlı böcək dünyanın ən güclü canlısıdır. Onun cəmi 100 qram çəkisi var və 8 kq-dək ağırlıq qaldıra bilir.

Ən tənbəl heyvan

Koala sutka ərzində 18-22 saat yatır. Onun yerində olmaq istərdinizmi?

İnsan meymundan yaranıb?!

Hamiləlik əleyhinə olan dərmanlar qorillalara da eyni təsiri göstərir.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm