10 il pul yığdı - Oranı almaq üçün...
Bizi izləyin

Maraq dünyası

10 il pul yığdı - Oranı almaq üçün...

Fici adalarında torpağın qiyməti - 1 hektar təxminən 20 min avro.

“Sadəcə istəmək lazımdır və arzular reallaşacaq”, - Perm şəhərinin sakini Viola Novoselova məhz belə fikirləşir. O, bir zamanlar “Mavi göl” filminin çəkilişləri gedən, Sakit Okeanda yerləşən adanı satın alıb.

10 il əvvəl Sakit Okeanın hər hansı bir adasını almaq Violanın arzusu idi. Nəhayət, Fici dövlətinə məxsus “Nanuya Levu” adlı adanı 99 illik icarəyə götürə bildi.

“Bunu necə edə bildin?” sualına Viola cavab verir ki, sadəcə rəfiqələri kimi bədxərclik etməyib. Viola Permdə bir neçə bar və otelin sahibidir. Sahibkarın dediyinə görə, Fici adalarında torpağın qiyməti Perm ətrafı elit qəsəbələrdəki qiymətlərlə eynidir: 1 hektar təxminən 20 min avro.

Yaxın gələcəkdə Viola orada otellər tikmək və turist cəlb etməyi planlaşdırır. İşçi qüvvəsini isə yaxın adalardakı insanlardan ibarət heyətlə yiğmağı planlayır və onlara otel işlərinin incəliklərini öyrədəcəyini deyir.

Viola Novoselova inandırır ki, “Nanuya Levu” adasını almaq fikrinə düşərkən, 80-ci illərdə “Mavi göl” filminin məhz orada çəkildiyini bilmirdi. Sahibkarın dediyinə görə, ekranda göründüyündən fərqli olaraq ora canlı və daha təbiidir.

Zaur H

Oxumağa davam et
Reklam
Reklam

Gündəm