Putinlə görüşən Madlen Olbrayt hərəkəti ilə onu BƏRK ƏSƏBİLƏŞDİRDİ - FOTO
Bizi izləyin

Maraq dünyası

Putinlə görüşən Madlen Olbrayt hərəkəti ilə onu BƏRK ƏSƏBİLƏŞDİRDİ - FOTO

Bu il ABŞ tarixində ilk dəfə dövlət katibi vəzifəsinə layiq görülmüş qadın Madlen Olbrayt 80 yaşını qeyd edir. Madlenin broş və zinət əşyaları onun obrazının bir hissəsi idi. Bu broşların hər birinin sanki siyası dili və rəmzi vardı. Madlen hər bir siyasi, rəsmi tədbirlərə taxdığı aksesuarlar vasitəsilə bu görüşün onun üçün nə dərəcədə önəmli olduğunu bildirirdi. Kürə, kəpənək, çiçək şəklində olan zinət əşyaları birinci katibin optimizmindən xəbər verirdi. İlbiz və tısbağa formalı broşlar isə məsələnin artıq çox uzandığına işarə idi.

Publika.az bildirir ki, ABŞ-ın siyasi tarixində bundan öncə heç bir siyasi xadim Olbraytın jestini etməmişdi.

Bu broşların da çox maraqlı yaranma tarixi var. Bill Klintonun hakimiyyəti dövründə xanım Olbrayt BMT-nin səfiri idi. Həmin dövrdə iran körfəzində müharibə gedirdi, və Səddam Hüseyn Madlenin tələbinə tabe olmaqdan imtina edirdi. İraq mətbuatı isə Olbraytı ilan adlandırırdı. Bütün qəztlərdə səfir xanım, zəhərli ilana bənzədilirdi. Bu hadisədən bir müddət sonra, Olbrayt İraq rəsmiləri ilə görüşə pencəyini bəzəyən ilan broşla çıxır. BMT-nin əməkdaşları niyə belə etdiyini soruşanda səfir, bu hərəkəti ilə ismarıcı onlara geri qaytardığını bildirdi.

Məşhur siyasi xadim öz həyatından bəhs edən “Mənim broşlarımı oxuyun: diplomatik daş-qaşlar mücrüsünün tarixi” kitabında bu haqda çox maraqlı hekayələrə toxunmuşdu.

Səddam Hüseynlə baş vermiş qalmaqaldan sonra Xanım Olbrayt qatıldığı bütün rəsmi tədbirlərdə broşların dili ilə ismarışlar göndərməyə başladı.

Xanım Olbraytın siyasi jestlərini özündə ehtiva edən digər aksesuar da mavi quş idi. Belə ki, Kuba təyyarəçiləri ABŞ-a məxsus olan hərbi və sərnişin təyyarələrini partladandan sonra Madlen başını aşağı əymiş quş şəkilində broş taxmağa başladı. O, bu hərəkətilə ölkənin matəm içərisində olduğunu bildirirdi.

Bundan əlavə çox vacib rəsmi görüşlərə siyasətçi xanım ABŞ-ın gücünü özündə əks etdirən nəhəng bayraq formalı broşla qatılırdı.

Madlen Olbraytın broşları haqda maraqlı, gülməli və çox qalmaqallı əhvalatlar var ki, onların biri də Rusiya prezidenti Vladimir Putinlə bağlıdır. Olbrayt öz kitabında yazır ki, mən Putinlə rəsmi görüşə 3 meymunun əksi olan broş taxmışdım. Bu, mənim Rusiyanın Çeçenistana qarşı apardığı müharibə siyasətinə münasibətimi göstərirdi. Lakin hiss etdim ki, dövlət başçısı mənim bu hərəkətimə çox qəzəbləndi.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm