• USD 1,7000 0,00% EUR 1,9338 +0,70%
    • GBP 2,1676 +0,38% RUB 0,0269 -0,37%

Mundi kapsulu: Öləndən sonra yeni həyata başlayacağıq - FOTOLAR

Mundi kapsulu: Öləndən sonra yeni həyata başlayacağıq - FOTOLAR

İtaliyalı dizaynerlər Anna Çitelli və və Raul Bretzel insanların ölümə olan münasibətini kökündən dəyişəcək “Mundi kapsulu” ixtira ediblər.

Artıq bir neçə aydır ki, yorulmadan çalışan dizaynerlər cəsədi adi tabutda deyil, tam təbii materiallardan hazırlanmış kapsullarda torpağa basdırmağı təklif edirlər. Əsas tərkibi ağacdan ibarət olan bu kapsulların içinə cəsəd qoyulub, torpağa basdırıldıqdan sonra yeni həyat formalaşmağa başlayır.

Dünyasını dəyişmiş insanın bədəni, yumurta formalı Mundi kapsullarının içərisinə yerləşdirilir. Bu proses ana rəhnindəki dölün yatış şəklini xatırladır. Kapsul torpağa basdırıldıqdan sonra, üzərində ağac əkilir. Bu isə bir növ həyatın sonunu deyil, yeni bir həyatın başlanğıcını simvolizə edir. Beləcə, kapsul və cəsədin vəhdəti, ağacı lazımi qidalandırıcı elemetlərlə təmin edir.

Dizaynerlər qeyd edirlər ki, qəbristanlıqları meşəyə çevirmək arzusundadırlar:

“İnsan bədəninin torpağa toxum kimi basdırıldığını düşünün. Bu toxumdan ağac şəkilində yeni bir həyat cücərib, yüzilliklər boyu yaşayacaq. İnsan sağlığında hansı ağaca çevrilmək istədiyini özü seçəcək. Kapsulun içində torpağa basdırıldıqdan sonra isə doğmaları üzərində həmin ağacı əkib, ilk aylarda qayğısına qalacaqlar. Bununla da, qəbir daşları ağaclarla əvəzlənəcək və qəbristanlıqların yerində yaşıl meşələr olacaq ” .

İnsan bədəni karbon, hidrogen və oksigendən əlavə, fosfor, maqnezium, azot və kalsiumdan ibarətdir ki, bu da bitkilərin qidalanmasında əhəmiyyətli rol oynayır. Odur ki, dəfndən bir neçə gün sonra insan cəsədi minerallaşır və faydalı ementlərini təbiətə ötürürür.

Layihənin müəllifləri əminliklə bildirirlər ki, mərhumun izi itməyəcək. Belə ki, meşənin öz GPS xəritəsi qurulacaq və hər bir ağac öz sahibinin adı ilə qeyd olunacaq.

Dizaynerlər düşünürlər ki, “Mundi” kapsulları cəmiyyəti ölümdən qorxmağa deyil, digər bir həyata səsləyir. Odur ki, layihə nə qədər tez reallaşarsa, insanlar ölüm xofuna bir o qədər tez qalib gələrlər.

Leyla Sarabi

loading...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR