• USD 1,7000 0,00% EUR 2,0695 0,00%
    • GBP 2,3318 0,00% RUB 0,0230 0,00%

İNANILMAZ: Bu evdə bir orduya yetəcək qədər silah var - FOTOLAR

İNANILMAZ: Bu evdə bir orduya yetəcək qədər silah var

Koloradonun El Paso şəhərində yaşayan "Əjdaha Adam" ləqəbli 71 yaşlı Mel Bernstenin maraqlı kolleksiyası var. 71 yaşlı kişi silahlara olan həddən artıq marağı ucbatından evini silah-sursatla doldurub.

Publika.az xəbər verir ki, hətta yataq otağının divarlarında yüzlərlə silah asılan evdə bir ordunu təmin edəcək qədər texnika var.

200 pulemyot dəzgahı, 80 ədəd hərbi maşın, tank və saysız-hesabsız bombalar, əl qumbaraları.

Evi hərbi muzeyi xatırladan Mel Bernstenin feysbuk sosial şəbəkəsində 37 min nəfərdən çox izləyicisi var. O hər gün şəxsi hesabından "Əjdaha torpağı" adlandırdığı evindən maraqlı videolar paylaşır.

Hər həftə sonu silahlarla dolu evi görmək üçün yüzlərlə insan El Pasoya axın edir.

Geniş sahəsi olan evi başdan sona gəzmək üçün 2 saat vaxt lazımdır. Bernstenin kolleksiyasında ümumi dəyəri 10 milyon dollardan çox olan Vyetnam və Birinci Dünya Müharibəsində istifadə edilən silahlar da var.

Mel silah kolleksiyasına 8 milyon dollardan çox vəsait xərcləyib.

Könül Cəfərli

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR