Ən qalmaqallı seksual reklamlar - VİDEO (18+)
Bizi izləyin

Maraq dünyası

Ən qalmaqallı seksual reklamlar - VİDEO (18+)

İyun ayının sonunda Reta Beynəlxalq təşkilatı homo və hetroseksual cütlüklərin öz cinsi münasibətlərindən narazı halda görüntüləndikləri bilbordlar çıxartdılar. Bu görüntülərdə yataqda çılpaq uzanmış insanların yanında toyuq, donuz və inək də təsvir edilib. RETA təşkilatının bilbordları heyvan müdafiəçilərini həddən artıq hiddətləndirdi. Çünki burada açıq-aydın heyvanlarla cinsi əlaqəyə işarə edilirdi.

Publika.az bundan yola çıxaraq sosial şəbəkələrin istifadəçilərini özündən çıxardan ən uğursuz reklam çarxlarının siyahısını tərtib edir.

RETA ilə seks qaydaları

Heyvanların yataqdakı bilbordundan əlavə, RETA təşkilatının bir sıra digər uğursuz reklam çarxları da var. Məsələn, 2016-cı ildə təşkilat “ətyeyən və vegetarian cütlüklərin cinsi əlaqəsi arasındakı fərq” adlı reklam çarxı paylaşdı. Videodan göründüyü kimi də, ətyeyən cütlük arasındakı seks daha keyfiyyətli, uzunmüddətli və xoş təsir bağışlayır.

Bu reklam çarxı internetə yerləşdirilən andan etibarən 31 milyon baxış sayı topladı. Həm ətyeyənlər, həm də vegetarianlar RETA əməkdaşlarına tərif, tənqid və hətta təhqirlər yağdırdılar. Əsas sual isə bu idi: “Tərəvəz yeməyin seksin müddətinə nə aidiyyəti var?”

Kişinin nəzər nöqtəsi

2016-cı ilin sonunda Rusiyada çəkilmiş Yeni il reklam çarxı qadınları hiddətləndirdi. Moskva Kredit Bankının bu reklamında Şaxta Baba qızcığazın anasını kəndirə keçirdib, Gürcüstan dağlarının üzərində sürüyərək, guya onu yenidən tərbiyə edir. Çoxu hesab etdi ki, bu reklamda qadın hüquqları alçaldılır və sırf kişi streotipindən doğan fantaziyadır. Narazı qadınlar sosial şəbəkələrdə “bu kəndirlə ataları sürümək lazımdır, özüdə toplu halda”, - deyə fikir bildirdilər. Qəzəbdən gözləri dönmüş rus qadınları bununla kifayətlənməyərək, Moskva Kapital Bankının saytlarda reytinqini aşağı salmağa başladılar. Bankın fəaliyyətini alçaldan minlərlə rəy yazıldı. Şərhlərin biri təxminən belə səslənir: “Zəhmətkeş qadınları alçaldıb, təhqir edərək reklam çəkmək, rəzillikdir. Ümid edirəm ki, gələn il sizin müştəriləriniz arasında 1 nəfər də qadın qalmayacaq”.

Təsadüfi öpüş

Reklam çarxları bəzən LGTB üzvlərinin dərin qəzəbinə səbəb olur. 2007-ci ildə çəkilmiş Snikers şokoladının reklamı buna ən böyük sübutdur. Reklamın süjet xəttinə görə iki cüssəli maşın ustasının başı şokolad yeməyə elə qarışır ki, sonda təsadüfi fransız öpüşü meydana çıxır. Tez özlərinə gələn kişilər qışqıraraq bir-birindən uzaqlaşırlar. “Təcili, özümüzü əsl kişi kimi aparmalıyıq”, - deyib, öncə maşın yağı içir, sonra sinələrindəki tüküləri qopardır və bir-birinə güclü xəsarət yetirməyə başlayırlar. Cinsi azlıqların fasiləsiz etirazlarından sonra, reklam çarxı efirlərdən yığışdırıldı.

Həvəskar porno

Növbəti qalmaqallı reklam çarxı Britaniyada çəkilib. “Bras N things” alt paltarı brendinin bu çarxı ingilislərin ən sərt reaksiyasına səbəb olub. Səbəb isə model Simona Holsnagerin çarxda rol almasıdır. Tamaşaçılar düşünür ki, Simonanın qüsursuz və cazibədar vücudu adi reklam üçün çox iddialıdır və bu daha çox həvəskar porno filmə bənzəyir.

Afrikalılara zərbə

2017-ci ilin may ayında Çinin “Shanghai Leishang Cosmetics” şirkətini “Qiaobi” təmizləyici vasitəsinin reklam çarxına görə rasizmdə günahlandırdılar. Çarxda gənc çinli qız qaradərili oğlanın ağzına təmizləyici toz töküb, onu paltaryuyan maşına salır. Bir neçə saniyədən sonra maşından ağ paltar geyinmiş gənc çinli çıxır.

Bütün bu etirazlara şirkət təmkinlə cavab verdi. Onlar etiraf etdilər ki, bu reklam səhnəciyi afrikalıların qəlbinə toxunub. Odur ki, tamaşaçılara reklamı çox da ciddi qəbul etməməyi məsləhət gördülər.

Sənin anan hardadır?

Homofobiya (homoseksuallardan qorxmaq) mövzusuna həsr olunmuş sosial reklam çarxl LGTB üzvlərini özündən çıxarıb. Səhnəciyin süjetinə görə uşaq meydançasında oynayan iki balaca oğlan yerə möhkəm yıxılırlar. Uşaqların birinə həmin anda anası yaxınlaşdırıb, sakitləşdirməyə başlayır, digər oğlan isə qəmgin, amma qürurlu baxışlarla öz dostunu süzür. Qayğıkeş ana balacadan “Sənin anan hardadır?”, - deyə soruşanda ekranda iki cüt tüklü kişi ayağı görünür. Bu isə eynicinsli cütlüyün övladının qayğısına qalmadığına bir işarədir. Videoçarx cinsi azlıqlardan əlavə, qayğıkeş ataları da hiddətləndirdi.

Ölü ata və “File-o-Fiş”

2017-ci il mayın ortalarında istifadəçilər şəbəkələrdə yayımlanan Maqdonaldsın reklam çarxını ölmüş ata obrazının istismarına görə günahlandırmağa başladılar. Çarxda mərhum atası haqda anasından məlumat toplamağa çalışan oğlan obrazı atası ilə bənzər cəhətlərinin olmadığı üçün məyus olur. Bu anda köməyə Maqdonalds gəlir. Oğlan burada öyrənir ki, atası da onun kimi “file-o-fiş” sendviçini sevirmiş. Minlərlə izləyici reklam çarxını təhqiramiz adlandıraraq istehsalçıları tənqid atəşinə tutdular.

Meksikalının “Coca-cola”sı

2015-ci ildə sağlam qida və həyat tərzini təlqin edən “Alliance for Food Health” assosiasiyası Meksika hakimiyyətindən “Coca-cola”nın reklamının yayımını dayandırmağı tələb etdilər. Videoçarxda ağdərili gənclər Meksikanın bir şəhərciyinə gəlib üst-başı çirk içində olan yerli əhaliyə “Coca-cola” verirlər. Aktivistlər düşünürlər ki, bu çarx meksikalıların qürurunu tapdalayır və onların sağlamlığına xərər yetirir.

Bu çıxışlardan sonra çarx Yutubdan silindi.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm