Maraq dünyası
Dünyanın ən sirli adası: IX əsrdə 80 tonluq heykəlləri necə daşıyıblar? - FOTOLAR
Keçmiş əsrlərdən qalan nəhəng moailərlə zəngin olan Pasxa dünyanın ən müəmmalı adasıdır.
Alimlər bir suala hələ də cavab tapa bilmirlər. IX əsrdə yaşayan insanlar çəkisi 20 tondan çox olan, uzunluğu 10-20 metr arasında dəyişən bu heykəlləri yaşadıqları yerə necə aparırlarmış?
XX əsrin ən sirli tapıntılarından biri də moai başları ilə bağlı idi. Araşdırmalar zamanı məlum oldu ki, onların bədənləri də varmış. Ancaq üstlərini torpaq örtübmüş.
Yerli sakinlər adanı Rapa-Nui adlandırırlar. Bütün dünya isə Pasxa adaları kimi tanıyır. Çünki ada 1722-ci ilin 5 aprelində - müqəddəs bazar günündə holland səyyah tərəfindən tapılıb.
2012-ci ildə adada 150-dən çox heykəl tapıldı. Məlum oldu ki, bu heykəllər tufdan (daş növü) düzəldilib. Ən böyüyü 80 tondur. Hündürlüyü isə 21 metrə yaxındır. Bu heykəllərin qeyri-adiliyi ondadir ki, hamısı eyni yerdə düzəldilib və müxtəlif istiqamətlərə aparılıb.
Daşınma ilə bağlı yaranan suallarla bərabər bir suala da cavab tapılmır: Bu heykəlləri niyə düzəldiblər?
Publika.az həmin heykəllərin fotolarını təqdim edir.
-
Nida Xəbər 14:34
Moskva İrəvandan tələb etdi: Brüsseldə hazırlanmış plana reaksiya gözləyirik
-
İdman13:46
"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR
-
Avropa13:16
Fransanın ikiüzlülüyü: Avropada Rusiya qazının ən böyük alıcısı oldu
-
Region12:41
Özünün dənizə çıxışı yoxdur, başqalarını şirnikləndirir: İrəvan Ər-Riyadda nə təklif edib?
-
Hadisə12:15
Məktəbin həyətində faciəvi şəkildə ölən 14 yaşlı Fərhanın FOTOSU
-
Nida Xəbər 11:43
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Anar Axundov kimdir? - DOSYE
-
Sosial11:12
Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI
-
Cənubi Qafqaz10:55
Rusiyanın Gümrüdəki hərbi bazasına hücum oldu - DETALLAR