İmişlidə doğulan qeyri-adi quzu görənləri HEYRƏTLƏNDİRDİ - - FOTO
Bizi izləyin

Maraq dünyası

İmişlidə doğulan qeyri-adi quzu görənləri HEYRƏTLƏNDİRDİ - - FOTO

Yeni doğulan quzu artıq 3 gündür yaşayır.

İmişlidə qeyri-adi quzunun doğulması görənlərin marağına səbəb olub.

Publika.az xəbər verir ki, hadisə rayonun Əliqulular kənd sakini Yaqub Baxışəliyevin təsərrüfatında qeydə alınıb.

Təsərrüfat sahibi indiyə qədər ikiayaqlı və üçayaqlı heyvan görsə də, belə bir quzu ilə rastlamadığını deyir. Belə ki, doğulan quzunun alt çənəsi üst çənəyə bitişmədən aşağıda qalıb. Eyni zamanda quzunun qulaq orqanları və alt çənəsi boğaz nahiyəsinə doğru yerini dəyişib. Bu isə heyvanın qidalanmasına xeyli çətinlik yaradır.

Yeni doğulan quzu artıq 3 gündür yaşayır. O, qidalanmaqda çətinlik çəksə də, digər quzular kimi normal qaçıb, yeriyir, həmçinin qoyun-quzu ilə birgə gəzir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm