Sevgili axtaran adam məhkəmə tərəfindən cəzalandırıldı
Bizi izləyin

Maraq dünyası

Sevgili axtaran adam məhkəmə tərəfindən cəzalandırıldı

Şotlandiyanın Nyuton Stüart qəsəbəsində yaşayan Kreyq Sullivan adlı şəxs qeyri-adi səbəbdən cəzalandırılıb.

Publika.az xəbər verir ki, Kreyq həyat yoldaşını itirdikdən 18 ay sonra yeni sevgili axtarışına çıxıb.

O, bu məqsədlə 200 ədəd məktub yazaraq kiçik şüşələrin içinə qoyub və onları Şotlandiya, İngiltərənin fərqli dənizlərinə tökülən çaylara atıb.

Kreyqin atdığı şüşələri bir-bir toplayan qəsəbə sakinləri Şotlandiya Təbiəti Mühafizə Qurumuna şikayət edib. Qurum Kreyqə məhkəmə işi açıb və ətraf mühiti çirkləndirdiyi üçün onu cəzalandırıb.

Kreyq etdiyi hərəkətlə bağlı ifadə verərkən bu sözləri deyib:

“Həyatıma yoldaşlıq edəcək birini tapmaq üçün nə isə etmək qərarına gəldim. Bunun üçün hamının etdiyi şeyləri etmək mənə görə şablon, zərafətdən və əsalətdən uzaq gəlir. "The Police" qrupunun “Şüşədəki mesaj” adlı mahnısından təsirlənərək məktublar yazıb şüşələrə qoydum”.

Onun yazdığı mesajlarda isə “eşq axtarırsansa, bu gün biz planetin ən şanslı iki insanı ola bilərik. Lütfən, mənimlə əlaqə saxla, ya da bu mesajı bir başqasına ver” sözləri olub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm