"Məni xəstəliyim yox, ətrafdakı insanların mənə "canavar" deyə müraciət etməsi incidir” - - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

"Məni xəstəliyim yox, ətrafdakı insanların mənə "canavar" deyə müraciət etməsi incidir” - - FOTOLAR

Ailəsi maddi vəziyyətin aşağı olmasından dolayı illərdi uşağı həkimə apara bilmir.

Dünyada dini və irqi ayrıseçkilik insanların həyatdan təcrid olunmasına səbəb olur. Dünya əhalisinin əsasən qaradərili insanları məsxərəyə qoyması, onlara hər hansı iyrənc məxluq kimi davranması yer üzündə ayrıseçkiliyin ən bariz nümunələrindən biridir. Lakin bəzən insanların dərisi həddindən artıq qara rəngə çalır və bu heç də irqlə bağlı deyil.

Publika.az sizə 8 yaşlı Abuşe haqqında maraqlı faktları təqdim edir:

Cənubi Efiopiyada yaşayan Abuşe Waardenburg sindromu deyilən genetik xəstəlikdən əziyyət çəkir. Bu xəstəliyin əsas göstəriciləri saç, dəri və göz altlarında dərinin aralanması və açıq mavi rəngli gözlərdir. Eşitmə qabiliyyətinin və görmə itiliyinin itirilməsi bu xəstəliyin digər simptomlarından biridir.

Abuşe isə xəstəliyi ilə barışdığını söyləyir: "Məni xəstəliyim yox, ətrafdakı insanların mənə "canavar" deyə müraciət etməsi incidir. Gözlərim görmür və yavaş-yavaş eşitmə hissini də itirirəm".

Məşhur fotoqraf Erik Lafforq Abuşenin fotolarını çəkərək irqçilik aparan insanlara qarşı sərt paylaşımlar edib.

Taxta və kərpicdən tikilmiş kiçik bir evdə nənəsi ilə yaşayan Abuşenin həyatı yanğından sonra dəyişdi. Onların evində çıxan yanğından sonra Abuşe kitablarını, geyimlərini itirdi. Yanğından yalnız sevimli topunu xilas edə bilib.

Ailəsi maddi vəziyyətin aşağı olmasından dolayı illərdi Abuşeni həkimə apara bilmir. Xəstəlik isə yavaş-yavaş irəliləyir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm