Meymundan kömək dilədilər - VİDEO
Bizi izləyin

Maraq dünyası

Meymundan kömək dilədilər - VİDEO

Hindistan olduqca fərqli ölkədir. Bu ölkədə sirli ayinlər, qeyri-adi və kifayət qədər əcaib adətlər mövcuddur. Bu dəfə isə əhali meymuna sitayiş etmək üçün sıraya düzülüb.

Publika.az xəbər verir ki, Hindistanda insanların meymunun ayağına düşüb ondan imdad umması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

İnternetdə yayılan görüntülərdə insanlar meymunun ayağını öpüb ondan kömək istəyir. Meymun isə gələn-gedənin başına gah sığal çəkir, gah da itəliyir.

İnsanlar inanır ki, meymun onların başına sığal çəkdisə demək arzu və istəkləri yerinə yetəcək.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm