İnəklər üçün nazirlik qurulacaq
Bizi izləyin

Maraq dünyası

İnəklər üçün nazirlik qurulacaq

Hindistan hökuməti ölkədə inəklər üçün xüsusi bir nazirlik qurulacağını açıqlayıb.

Publika.az xəbər verir ki, bu barədə Bharatiya Janata Partiyasının (BJP) sədri Amid Şah açıqlama verib.

İqtidarda səlahiyyəti olan BJP sədri uzun müddətdir ki, inəklər üçün nazirliyin yaradılmasını istəyirdi. O, bu mövzuda çox sayda müraciət və tövsiyə məktubları aldığını deyib.

Qeyd edək ki, Hindistanda inəklər müqəddəs heyvan olmasına rəğmən, onlar üçün ayrıca qurum fəaliyyət göstərmir.

Bu günədək inəklərlə bağlı çıxan “problemlərə” Heyvandarlıq Nazirliyi baxıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm