82 yaşlı qadını paytaxtda belə aldatdılar - FOTO
Bizi izləyin

Maraq dünyası

82 yaşlı qadını paytaxtda belə aldatdılar - FOTO

Moskvada təqaüdçü qadını aldadıb bütün pulunu oğurladılar.

Publika.az xəbər verir ki, paytaxtın qərbində, Kuntsev istiqamətində fəaliyyət göstərən mağazanın sahibi özünü cadügər kimi təqdim edərək biznes qurub.

Fırıldaqçının növbəti qurbanı 82 yaşlı təqaüdçü qadın olub. Qadını "sənə cadu ediblər" deyərək qorxudub və ona kömək edə biləcəyini deyib.

"Lənəti" üzərindən götürmək üçün qadından 2,6 milyon rubl istəyən fırıldaqçı pulu aldıqdan sonra qadına onu otaqda gözləməsini deyib. Ləvazimatlarını götürmək adı ilə gedən qadın polis tərəfindən axtarılır.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm