3 yaşlı uşağın boğazından çıxanlar - DƏHŞƏTLİ FOTO
Bizi izləyin

Maraq dünyası

3 yaşlı uşağın boğazından çıxanlar - DƏHŞƏTLİ FOTO

3 yaşlı uşağın əməliyyat zamanı boğazından çıxanlar bütün dünya mediasını heyrətə salıb.

Publika.az xəbər verir ki, professor Melih Kaptanoğlu Türkiyədə apardığı əməliyyatlarda uşaqların nəfəs borusundan və ağ ciyərindən çıxan yad cisimlərin fotolarını paylaşıb.

Əməliyyat etdiyi 700 xəstənin 500-ü azyaşlı uşaqlar olub:

"Bu cür hallar ən çox ilk 3 yaşda müşahidə olunur. Bunun üçün evə quru meyvə və uşaqlara oyuncaq alarkən çox diqqətli olmaq lazımdır. Asanlıqla hissələrə ayrılan kiçik həcmli (küt, iti, halqavari) oyuncaqları uşaqlardan uzaq tutun. Ehtiyatsızlıq səbəbindən uşaqlar bunları udur və siz bunun fərqinə vardığınızda çox gec ola bilər".

Boğaza daxil olan yad cisimə dərhal müdaxilə edilməsi lazım olduğunu vurğulayan həkim 3 yaşlı bir uşağın əməliyyatının təfərrüatlarından danışıb:

"Uşaq 3 ədəd iynə udmuşdu. Xoşbəxtlikdən dərhal müdaxilə edərək iynəni ciyərlərə doğru getmədən nəfəs borusundan çıxartdıq".

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm