Bunu da kəşf etdilər - ƏRİMƏYƏN DONDURMA
Bizi izləyin

Maraq dünyası

Bunu da kəşf etdilər - ƏRİMƏYƏN DONDURMA

Yaponiya II Dünya Müharibəsində uğradığı məğlubiyyətə rəğmən, inkişaf edən texnologiyaları sayəsində dünyanın ən güclü iqtisadiyyatına malik ola bildi. Bu ölkə həm də vətəndaşlarının problemlərinə tapdığı həll yolları ilə məşhurdur.

Publika.az onlardan bir neçəsini təqdim edir.

Yapon tədqiqatçılar təsadüfən, əriməyən dondurma hazırlamağın yolunu tapıblar.

Kanazava şəhərində fəaliyyət göstərən bir araşdırma mərkəzinin işçiləri bu ixtiranın şans əsəri olduğunu etiraf edirlər.

Onlar getdikləri bir şirniyyat mağazasında mübahisə edib və çölə çıxıblar. Mübahisə əsnasında aldıqları məhsullardakı polifenolun südlü kreminin dərhal qatılaşdığının fərqinə varıblar.

Komandanın adından açıqlama verən Tomisia Ota polifenol mayesinin su və yağın ayrılmasına əngəl olan bir özəlliyə sahib olduğunu deyib. Bu səbəbdən tərkibinə polifenol maddəsi qatılan kremin formasını itirməsi və əriməsi çox uzun müddət sonra baş verir. Beləliklə, yaponlar əriməyən dondurmanı kəşf ediblər.

Bununla yanaşı, yaponlar çətinlik çəkdikləri bir çox mövzuya qəribə və gülməli həll yolu tapmaqda ustadırlar. Onlardan bir neçəsinin görüntülərini təqdim edirik.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm