Yaponiya fermerləri ROBOT CANAVAR yaratdılar
Bizi izləyin

Maraq dünyası

Yaponiya fermerləri ROBOT CANAVAR yaratdılar

Yaponiya fermerləri vəhşi heyvanları qorxutmaq üçün robot yaradıblar.

Publika.az runews24.ru saytına istinadla xəbər verir ki, robot canavar şəklində hazırlanıb. Ulayan robot canavar Yaponiyanın kənd təsərrüfatı sahələrini vəhşi heyvanlardan qoruyacaq. Aparatın qalın xəzi, qorxunc gözləri, həmçinin süni dişləri var. Robotun ölçüləri yaşlı canavara uyğun gəlir. Belə ki, uzunluğu 65 santimetrə, hündürlüyü isə 50 santimetrə çatır. Robot canavar, həmçinin güllə və insan səslərinin təqlid edə bilir.

Robotun ilk nüsxəsi artıq sınaqdan keçirilib. Qeyri-adi robotun bazar qiyməti təxminən 200 min yen təşkil edəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm