Eynşteynin şəhadətnaməsi : "2" alıbmış "3" yazıblar - FOTO
Bizi izləyin

Maraq dünyası

Eynşteynin şəhadətnaməsi : "2" alıbmış "3" yazıblar - FOTO

20-ci əsrin dahilərindən olan Albert Eynşteyn 1879-cu ildə Almaniyanın Ulm şəhərində yəhudi ailəsində anadan olub. Hər kəs onun gec dil açdığını düşünsə də, o əslində danışmağı bilib sadəcə özü heç kəslə danışmayıb. İbtidai təhsilini yerli katolik məktəbində alıb.

Eynşteynin məktəb illərində nümunəvi şagird olduğunu demək olmaz. O, çox nadinc olmaqla yanaşı, dərslərini pis oxuyurdu. Dahi fizik, Nobel mükafatı laureatlı alimin bu cür tarixçəsi inandırıcı gəlməsə də, onun 1896-cı ildə İsveçrənin Arao əyalətindədəki Katalonlar orta məktəbdə oxuyarkən aldığı şəhadətnamə bunu sübut edir.

O vaxt 17 yaşı olan Eynşteynin cəbr, həndəsə, fizika, tarix fənləri üzrə bilikləri altı ballıq sistemlə ən yüksək qiymətə layiq görülüb. Gələcək dahinin ən zəif qiyməti 3 olub, o da fransız dilindən. Məlumatlarda qeyd olunur ki, əslində 2 alan Eynşteyni məktəbdən məzun edib yola salmaq üçün müəllim onun balını artıraaq 3 yazıb. Qəribəsi budur ki, 20 il sonra alim dünyanın ən məşhur universitetlərində fransız dili başda olmaqla, müxtəlif dillərdə mühazirələr deyib.

Azad düşüncəli şagirdin hərbi qanunları xatırladan məktəb mühitindən və pedaqoqlardan xoşu gəlmirdi. O deyirdi ki, ən ağır cəzanı verin, amma məni bu cəfəngiyyatları əzbərləməyə məcbur etməyin.

Müəllimlər də ona qarşı eyni fikirdə idi. Onlar Eynşteyni dəfələrlə məktəbdən uzaqlaşdırmağa çalışıblar. Rəhbərlik onun məktəbin nüfuzunu aşağı salmaqda ittiham edirdi. İllər sonra alim olan bir azyaşlının bu istedadını kəşf edə bilməyən pedaqoqların savadına şübhə etmək əldə deyil.

Sözügedən şəhadətnamənin şəklini mətbuata tarixçi alim Toni Kristi yayıb.

Publika.az həmin fotonu təqdim edir:

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm