Maraq dünyası
Mətbəxinizdə ölüm bakteriyaları - Bunu etməsəniz...
Qab yuduğumuz süngər qaynar suyun belə öhdəsindən gələ bilmədiyi milyardlarla mikrobların mənbəyidir.
Mütəxəssislərin son araşdırmalarına görə, qab yumaq üçün nəzərdə tutulmuş süngərlərin tərkibində sonsuz sayda mikrob var. Milli.Az bildirir ki, bu mikroblar meningit və pnevmaniya xəstəliyini törədən bakteriyaların yaramasına səbəb olur.
Alimlər istifadə edilmiş süngərləri mikroskop altında nəzərdən keçirdikdən sonra bu qənaətə gəliblər ki, əşyanın hər kub santimetrində minlərlə mikrob və bakteriyalar yatır. Bu isə, yer kürəsində yaşayan insanların sayından 7 dəfə çoxdur.
Süngərin tərkibinə hopan mikroblardan biri Moraxella osloensis adlanır. Bu mikrob zəif immunitetli insanları müxtəlif infeksiyalara yoluxdurur. Həmçinin moraxella süngərdən gələn xoşagəlməz qoxunun əsas səbəkarıdır.
Tədqiqatçılar 14 mətbəx süngərindən alınmış mikrobların DNT-sini təsbit edərək, çox vacib faktı aşkara çıxarıblar.
Məlum olub ki, süngəri qaynatmaq və ya mikrodalğalı sobada isitmək onun tərkibindəki mikrobları tam məhv etmir. Alimlər düşünür ki, heç təmizlənməyən süngərə nisbətən tez-tez yuyulan süngərin tərkibində mikrob daha çox olur. Bu isə insan sağlamlığına ciddi ziyan vuran bakteriyaların yaranmasına səbəb olur.
Mütəxəssislərin fikrincə, məhz bu mikroblar daha dayanıqlıdır. Onlar yuyulma zamanı məhv olan digər bakteriyaların yerinə keçərək artırlar.Tədqiqatlar göstərir ki, buna bənzər hal antibiotik qəbul etdikdən sonra bizim bağırsaqlarımızda da baş verir.
Alimlərin gəldiyi yekun nəticə olduqcə sadədir – mətbəx süngərini hər həftə dəyişmək mütləqdir.
-
Nida Xəbər 14:34
Moskva İrəvandan tələb etdi: Brüsseldə hazırlanmış plana reaksiya gözləyirik
-
İdman13:46
"Real"ın ÇL-dəki qəhrəmanı bu gözəllə eşq yaşayır - FOTOLAR
-
Avropa13:16
Fransanın ikiüzlülüyü: Avropada Rusiya qazının ən böyük alıcısı oldu
-
Region12:41
Özünün dənizə çıxışı yoxdur, başqalarını şirnikləndirir: İrəvan Ər-Riyadda nə təklif edib?
-
Hadisə12:15
Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın FOTOSU
-
Nida Xəbər 11:43
Prezidentin yüksək vəzifəyə təyin etdiyi Anar Axundov kimdir? - DOSYE
-
Sosial11:12
Aytən Səfərovanın son vəziyyəti AÇIQLANDI
-
Cənubi Qafqaz10:55
Rusiyanın Gümrüdəki hərbi bazasına hücum oldu - DETALLAR