Heyvan dəriləri üzüm dərisi ilə əvəzlənəcək
Bizi izləyin

Maraq dünyası

Heyvan dəriləri üzüm dərisi ilə əvəzlənəcək

Heyvanlara qarşı zorakılıq və vəhşiliyin günbəgün artdığı bir dövrdə İtaliya şərab istehsalçıları şad xəbərlə çıxış ediblər.

Publika.az positivr.fr saytına istinadən xəbər verir ki, bu layihə artıq reallaşmağa başlayıb.

Dünya istehsalının 18% İtaliya üzümçülük torpaq sahələrinin üzərinə düşür. İtaliyanın “Vagea” markası adı altında fəaliyyət göstərən şərab istehsalı ilə məşğul olan şirkət üzüm və taxıl qalıqlarından dəri hazırlamaq qərarına gəliblər.

Adi dəri istehsahalı heyvanlara qarşı zorakılıq olduğu üçün heyvanların müdafiəsinə qalxan təşkilatlar tərəfindən təhdidlərə məruz qalır. Bu isə nəinki ətraf aləmə ziyan vurmayacaq, həm ekologiyanın təmizliyinə həm də istehsalçı fəhlələrin sağlamlığına xidmət edəcək.

Hər il 26 milyard litr şərab istehsal etmək üçün 7 milyard kiloqram üzüm istifadə olunur. Təbii dəri istehsalında isə əsas xammal üzümlərin qabığı və tumları olacaq.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm