Uşaqların əyləncəsi olan SPİNNER sən demə 4000 il əvvəl şumerlərin OYUNCAĞI imiş - FOTO
Bizi izləyin

Maraq dünyası

Uşaqların əyləncəsi olan SPİNNER sən demə 4000 il əvvəl şumerlərin OYUNCAĞI imiş - FOTO

"Wired" jurnalının əməkdaşı Arielle Pardesin Tvitter səhifəsində yerləşdirdiyi məlumat internetdə görünməmiş ajiotaja səbəb oldu. Bəyənmə və təkrar paylaşım on minlərlədir.

Publika.az bildirir ki, ajiotaj xanım Pardesin Çikaqo muzeyinin Mesopotomiya qalereyasında olan bir eksponatın fotosunu paylaşması ilə başladı. Şəkili tam formada yerləşdirməsi xüsusi olaraq diqqəti cəlb etdi. Belə ki, vitrində olan fotonun üzərindəki lövhəcikdə yazılıb ki, ucları heyvan başları şəklində düzəldilmiş Spinner-oyuncaq eramızdan əvvəl 2000-1800 –cü illərə aiddir və bişirilmiş gildən hazırlanıb.

Ariellenin şəklin altına yazdığı sözlər isə daha cəlbedicidir: "Proof that there are no original ideas anymore" - “Bu o deməkdir ki, orijinal ideyalar daha yoxdur, bu da sübut".

Qədim Şumer spinnerlərinin müasir spinnerlərlə oxşarlığı o qədər böyükdür ki, heyrət etməmək əldə deyil. Yəni, doğrudanmı, bu gün bütün dünyada populyar olan oyuncaqlar 4 min il bundan əvvəl icad edilib?

Gildən düzəldilmiş Spinnerlər 1932-cu ildə İraq ərazisində Şu Suen məbədinin qalıqları arasında tapılıb. Hələ onda, ilk dəfə tapıntıya baxış keçirən arxeoloqlar hesab edirlər ki, oyuncaq fırlanırmış. Düzdür, indiki kimi mənasız əyləncə xatirinə yox, o zaman onu astroloji hadisələri qabaqcadan söyləyə bilmələri üçün istifadə ediblərmiş. Alimlərin bu fikrə gəlməsinə oyuncağın uclarının heyvan başlarından ibarət olması təkan verdi. Çünki, tapıntının ucları zodiakı simvolizə edən işarələr - Buğa, Oğlaq və Şir başlarından ibarətdir. Təbii ki, bu sadəcə verisya olaraq qalır.

Heyf. Xanım Pardesin “eksponat, müasir oyuncaqların analoqudur” fərziyyəsi daha cazibədar görünürdü. Hətta bunu zarafatla şərh edənlər də oldu. Bir nəfərin yazdığı şərh xüsusi olaraq məzəli idi: “Əlbəttə ki, axmaq məşğuliyyət qədim şumerlərin məhvinə gətirib çıxardı. Düşmən tayfalarının hücumunun qarşısında durmaq əvəzinə onlar, Spinner fırladırlarmış. Necə ki, indi uşaqları dərsdən ayırır. 4000 ildir bu alətdən xeyir görən olmadı”.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm