Sinqapurda Moskvanı bu 3 şeyə görə tanıyırlar - - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Sinqapurda Moskvanı bu 3 şeyə görə tanıyırlar - - FOTOLAR

Sinqapurlular çox açıqsözlü və hər şey ilə maraqlanan insanlardır.

Moskvada doğulan Anna uşaqlıqdan tərçüməçi olmaq istəyib. Dillər universitetini bitirən qız sonradan həyatına Moskvada deyil, Sinqapurda davam etmək məcburiyyətində qalıb. O deyir ki, vaxt tapdıqca orada yaşayan həmvətənləri ilə görüşüb, onlar haqqında kiçik məqalələr yazıb.

Publika.az bu dəfə sizə Sinqapurun baxış bucağından görünən Moskva haqqında danışacaq.

Anna deyir ki, yoldaşı ilə Sinqapura iş tapmaq üçün gəlib. Sonradan şərtlər elə gətirib ki, həyatlarını burada qurublar. O vaxt demək olar ki, buranın mədəniyyəti, mətbəxi, insanları haqqında məlumatımız yox idi. Qısa zamanda vikipediyadan və burada olan insanlardan məlumat topladıq. Buranı mənə sevdirən ilk şey, Moskvanın soyuq iqlimindən sonra əbədi yay fəslinin hökm sürdüyü bir yer olması idi. Burada yaşayış çox yüksək səviyyədədir. Demək olar ki, cinayət və korrupsiya halları qeydə alınmır. Mən burda bildim ki, buranın əhalisi Moskvanı sadəcə 3 şeyə görə tanıyır.

Araq, Putin, soyuq hava

Sinqapurlular çox açıqsözlü və hər şey ilə maraqlanan insanlardır. Avropasayağı görünüşümə görə daim məndən hansı millətin vətəndaşı olduğumu soruşurlar. Əksəriyyət insanların həyatında tanıdıqları ilk Rus vətəndaşı olmuşam deyə bilərəm. Ölkədə ən çox Avstraliya, Fransa və İngiltərədən gələn miqrantlardır.

Onlar Rusiyanı "Araq, Putin, soyuqlar" deyərək təsvir edirlər. Daha sonra onları rus mətbəxi, adət-ənənələri maraqlandırır. Yeri gəlmişkən, Putin burada çox sevilir. Sinqapurlular düşünür ki, əsl ideal lider nümunəsidir.

Buranın havası çox istidir. İl boyu müsbət 28 dərəcə isti davam edir. Amma səhər və axşam saatlarında inanılmaz gözəl havası olur.

Burada insanlar soyuq havaları sevdiklərini deyirlər. Çoxları məni soyuq havalardan bezdiyim üçün qınayır.

Miqrantlar ölkəsi olan Sinqapur əhalisinin çox hissəsini çinlilər təşkil edir. Burada vətəndaşlar müddətindən asılı olmayaraq, özlərini buranın vətəndaşı olaraq görür, yaşadığı şəhərin təmizliyini qoruyur, qanun-qaydalara riayət edir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm