Cinsi əlaqə ilə müqayisə edilən DƏRİ ORQAZMI
Bizi izləyin

Maraq dünyası

Cinsi əlaqə ilə müqayisə edilən DƏRİ ORQAZMI

Çox vaxt sevimli musiqini dinləyərkən emosiya, ehtiras burulğanı yaş olub gözdən axar, hisslər boğazda düyünlənib, bədənin hərarətin artırar. Sanki bir qığılcım sümüklərin içi ilə hərəkət edib, dərinin altına dolar. Məhz bu fiziki hal tibdə “dəri orqazmı” adlandırılır.

Publika.az francemusique.fr saytına istinadən bildirir ki, psixoterapevtlərin musiqinin insan orqanizminə təsirilə bağlı keçirdikləri təcrübədə iştirak edən insanlardan yalnız 5%-də bu hal baş verib.

“Dərinin orqazmı” və ya “psixoloji ehtirasın zirvəsi” adlanan bu durum mühit və məkandan asılı olaraq insan vücudunun fərqli hissələrinə təsir edir. Musiqinin insan şüuruna yaşatdığı həzz bioloji xarakter daşıyır və bilavasitə zövqlə bağlı olur. Məsələn, klassik musiqi və cazın yaşatdığı psixoloji seksual həzz digər janrlardan daha dərin və təsirlidir.

Mütəxəssislər bu zövqə “ həyəcan” adını veriblər. Çünki bəzi heyvanlarda da eyni hisslər müşahidə edilib.

Похожее изображение

Orqazmın bu növü üşütmə, tük ürpənməsi və digər ehtiras qabarması növlərilə müşayiət olunur. BBC –nin jurnnalisti Devid Robsonun təcrübəçi qrupun rəhbəri Professor Lüiyə ünvanladığı suallara xanım psixoloq belə cavab verib: “Şəxsən mən ilk dəfə bu hissi Rahmaninovun əsərlərini dinləyərkən keçirmişəm. Bu zaman dərim qabardı, bədənimdən güclü qığılcım keçdi”.

Mütəxəssislər iddia edirlər ki, bu üsulla insanların bir sıra psixoloji xəstəliklərini, həmçinin hormonal pozğunluğu müalicə etmək mümkün olacaq. Çünki musiqi dinləyərkən duyulan həzz intim münasibət zamanı yaşanan zövqə bərabərdir, həmçinin hormonları tənzimləyəcək qədər güclüdür.

Alimlər düşünürlər ki, musiqi həzzi xalqlara, insanların günyagörüşünə görə fərqlənə bilər. Lakin ən böyük musiqi orqazmını qərb klassiklərinin əsərlərini dinləyərək, yaşamaq olar.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm