Maraq dünyası
Dinozavrlarla eyni dövrdə yaşamış "balıq-kərtənkələ" skeleti AŞKARLANDI
Almaniyadan və Böyük Britaniyadan olan alimlər ixtiozavrların (latın Ichthyosauria - "balıq-kərtənkələ") ən böyük skeletlərindən birini aşkar ediblər. Tapıntı dinozavrlarla eyni dövrdə yaşamış dəniz kərtənkələləri qrupuna aiddir.
Publika.az bildirir ki, sümüklərin dişi cinsinə aid və hamiləlik zamanı həlak olduğu müəyyən olunub. Belə ki, sürünənin daxilində embrionun qalıqlarları aşkar edilib. Bu haqda “ScienceDaily” nəşri məlumat yayıb.
Böyük Britaniyada, Somerset qraflığının sahilində tapılan ixtiozavr skeleti tədqiq olunması üçün Almaniyanın Hannover şəhərinə gətirilib.
Kərtənkələnin daxilindəki rüşeymin (bala) qalıqları əsasən onurğa hissəsindən, üzgəclərdən, bir neçə qabırğa və bəzi başqa sümüklərdən ibarətdir. Fəqərələr zəncirinin uzunluğu yalnız 7 santimetrə çatıb. Embrionun skeleti, alimlərin fikrincə, tamamilə formalaşmağa vaxt tapmayıb.
Paleontoloqların qiymətləndirmələrinə görə, ana kərtənkələnin uzunluğu 3-3.5 metr təşkil edir. Bu ixtiozavrların ən böyük nümayəndəsi deyil. Qeyd edək ki, indiki elmə ölçüsü 20 metri ötən nümunələr də məlumdur.
Onu da bildirək ki, ixtiozavrlar, dinozavrlardan fərqli olaraq, dəniz mühitində yaşayırdılar və tamam başqa təkamül budağını təşkil edirdilər.
Zaur H.
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO
-
Dünya17 Aprel 18:47
Rusiya Çerniqovu vurdu: çoxlu sayda ölü və yaralı var