Günün tapmacası – Rubrika
Bizi izləyin

Maraq dünyası

Günün tapmacası – Rubrika

Publika.az “Günün tapmacası” rubrikasının ikinci sualında sizə Şerlok Holms olmaq şansını təqdim edir.

Ortada 5 insan var. Bu insanlardan biri aralarındakı birini öldürdü. Cinayətlə bağlı yalnız bu bilgilər var:

Əli dünən bu insanlardan günahsıız olan biri ilə Bakı marafonunda qaçıb. Pərvizin şəhərdə məskunlaşmadan öncə fermer olduğu məlumdur. Rəna ali səviyyəli bir kompüter mütəxəssisidir və gələn həftə əcnəbi dostu Benin yeni kompüterinə proqram yerləşdirmək istəyir. Qatilin ayağı bir neçə gün öncə kəsilib. Ben Leyla ilə 6 ay öncə tanış olub. Leyla cinayətdən dərhal sonra inzivaya çəkilib. Əli keçmiş zamanlarda spirtli içkidən çox istifadə edərmiş. Ben və Rəna son kompüterlərini birlikdə qurub. Qatil Leylanın qardaşıdır. Onlar Zaurla birlikdə böyüyüblər.

Rubrikanın növbəti sayına qədər qatilin tapmaq üçün öz variantlarınızı hazırlayın.

***

“Günün tapmacası” rubrikasının ilk sayındakı sualların cavabları:

Osman doğru söyləyirdi.

Əgər Lalə doğru söyləmiş olsaydı, bu Osmanın yalançı olduğu anlamına gələcəkdi. Bu durumda Osmanın “Əli yalançıdır” iddiası yalan olacaqdı və Əlinin doğru söylədiyini qəbul edə bilərdik. Əli isə Lalə və Osmanın ikisinin də yalançı olduğunu söyləyir. Bu durumda Lalənin doğru söylədiyi iddiası səhv olacaqdı.

İndi isə keçək Əlinin iddiasına. Əli həm Lalənin, həm də Osmanın yalançı olduğunu deyirdi. Bu doğru olsaydı, Əli Lalənin “Osman yalan söyləyir” ifadəsinin yalan olduğunu qəbul etmiş olardı. Bu durumda da Osmanın “Əli yalan söyləyir” iddiası doğru olacaqdı.

Südçü ilk olaraq 3 litrlik güyümü südlə doldurmalı və bunu 5 litrlik güyümə tökməlidir. Daha sonra 3 litrlik güyümü yenə doldurmalı və həmin südü 5 litrlik güyümü dolana qədər boşaltmalıdır. Beləcə əlindəki 3 litrlik güyümdə 1 litr süd qalacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm