Qurbağanı övladlığa götürdü - - FOTO
Bizi izləyin

Maraq dünyası

Qurbağanı övladlığa götürdü - - FOTO

ABŞ-ın Kaliforniya əyalətində yaşayan Beki Qarfinkel adlı qadın bütün dünyanı təəccüb içində qoyub.

Publika.az xəbər verir ki, Beki bir vegetariandır və illərdir ki, ət məhsullarından istifadə etmir.

O, marketdən aldığı salatı yeyərkən onun içində bir cüt göz ilə qarşılaşıb. Salatın içində bir canlının olduğunu görən Beki həmin an qışqırmağa başlayıb.

Salatın içindəki isə qəpik boyda ölçüsü olan bir qurbağa olub. Bekinin həyat yoldaşı onun üstündəki salat sousunu təmizləyib və qurbağanın hələ də yaşadığını görüb. Salatın yarısını yedikdən sonra qurbağanın fərqinə varan Beki isə onu yemədiyi üçün çox sevinib.

Qarfinkel ailəsi “ölümdən dönən” qurbağanı övladlığa götürüb və ona Lucky (Şanslı) adını qoyub.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm