Basketbol oynayan su samuru izlənmə rekordu qırdı - VİDEO
Bizi izləyin

Maraq dünyası

Basketbol oynayan su samuru izlənmə rekordu qırdı - VİDEO

Amerikanın Oreqon ştatında heyvanat parkında maraqlı hadisə baş verib.

Publika.az xəbər verir ki, Eddi ləqəbli su samuru 19 ildir basketbol oynayır. İlk dəfə Kaliforniya sahillərində tapılan bu dəniz heyvanı 2000-ci ildə Oreqondakı heyvanat parkına gətirilib.

2013-cü ildə müayinə zamanı baytarlar onun oynaqlarında artrit aşkar edərək fizoterapiya təyin edib. Lakin zoopark işçisi onun topa olan marağını nəzərə alaraq onunla oyunlar oynamağa başlayıb.

Zoopark işçisi hər dəfə topu səbətə düzgün atan Eddiyə yemək verərək onunla məşq edirdi. Sevdiyi şirniyyat müqabilində topu səbətə atan Eddi artıq hər il turistlər üçün maraqlı performanslar nümayiş etdirir.

Su samurunun basketbol oynayarkən çəkilən videosu sosial şəbəkələrdə izləmə rekordu qırıb.

Həmin görüntüləri sizə təqdim edirik:

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm