6 yaşlı uşaq iş üçün müraciət etdi
Bizi izləyin

Maraq dünyası

6 yaşlı uşaq iş üçün müraciət etdi

Legoland şirkətinin iş elanına 6 yaşlı uşaq müraciət edib və təcrübə keçmək imkanı qazanıb.

Publika.az xəbər verir ki, Lego modellərinin yaradılması, paket dizaynı informasiya texnologiyaları üzrə verilən iş elanına Stanli Bolland adlı 6 yaşlı uşaq məktubla müraciət edib.

Məktubunda S.Bolland bir qutu Legosunun olduğunu, balaca qardaşının tapmaması üçün onları gizlədiyini yazıb:

“Axtardığınız adam mənəm, çünki çoxlu təcrübəm var”.

Şirkət Bollandı işə qəbul etməsə də, Legolanddə bir günlük təcrübə keçməsinə imkan yaradıb.

“Legonu sevmək dizayner olmaq üçün ilk addımdır. Buna görə bu iş üçün mükəmməl biri olacağına inanırıq. Axtardığımız insanın məhz sən olduğunu dediyin üçün bir günlük bizimlə təcrübə keçə bilərsən”, - deyə şirkətdən, 6 yaşlı uşağın müraciətinə cavab verilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm