Qazıntılar zamanı ən az 100 il yaşı olduğu deyilən TABUT TAPILDI
Bizi izləyin

Maraq dünyası

Qazıntılar zamanı ən az 100 il yaşı olduğu deyilən TABUT TAPILDI

Çinin Hunan əyalətində tikintidə çalışan fəhlələr qəribə hadisə ilə rastlaşıblar. Qazıntılar zamanı ərazidən kişi tabutu tapılıb.

Publika.az xəbər verir ki, ən az 100 il yaşı olduğu deyilən tabutun içərisindəki cəsəd olduqca yaxşı vəziyyətdə qalıb. Əynindəki geyimlərinə görə onun Çin imperatoru olduğu iddia edilir.

Arxeoloqlar cəsədin 600 il əvvələ adi olduğunu bildirib. Bir qrup mütəxəssis cəsədin 1368 - 1644-cü illərdə Çini idarə edən Min sülaləsinin üzvlərindən birinə aid olduğunu iddia edirlər. Digər bir qrup isə onun 1644 -1912 illərdə hakimiyyətdə olmuş Tsin sülaləsinə aid olduğunu deyib.

Cəsəd sülalənin rəmzi geyimləri ilə basdırıldığı üçün arxeoloqlar bu geyimlər üzərindən axtarışlara başlayıb. Cəsədin bu qədər müddət sonra yaxşı vəziyyətdə qalmasının səbəblərini araşdıran mütəxəsssilər tibbi ekspertizanın cavabını gözləyir.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm