Dünyanın ən uzun ayaqlı qadını - - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Dünyanın ən uzun ayaqlı qadını - - FOTOLAR

Bu rekord “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Rusiyalı model və keçmiş basketbolçu Yekaterina Lisina Yer kürəsində ən uzunayaq qadındır.

Publika.az Rusiya KİV-inə istinadən xəbər verir ki, boyu 205,74 santimetr olan qadının ayaqları 132 santimetrə çatır.

Bu rekord “Ginnesin Rekordlar Kitabı”na düşüb. 29 yaşlı idmançı yeni rekord barədə İnstaqram səhifəsində yazıb. Yekaterina qeyd edib ki, Ginnesin müvafiq komissiyasının qərarını hələ yanvar ayında gözləyirdi.

O, həmçinin adını “Ginnesin Rekordlar Kitabı”na dünyanın ən hündür modeli olaraq yazdıra bilib.

Yekaterina Lisina daha əvvəl Rusiyanın “Spartak” və “Dinamo” klublarında, həmçinin Rusiya yığmasının tərkibində çıxış edirdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm