Oğurluğa gedən qadın girdiyi evdə çılpaq soyundu və...
Bizi izləyin

Maraq dünyası

Oğurluğa gedən qadın girdiyi evdə çılpaq soyundu və...

ABŞ-ın Kaliforniya əyalətində bir qadın oğurluq məqsədilə girdiyi evdə çılpaq halda yatan zaman yaxalanıb.

Publika.az xəbər verir ki, ev sahibi axşam geri qayıdan zaman qapısının önünə buraxılan karqonun açıldığını görüb. Evə girdikdə isə dişlənmiş sendviç ilə yarımçıq içilmiş pivə şüşəsinin fərqinə varıb.

Evdə yad adamın olduğundan şübhələnən şəxs yataq otağında daha qəribə mənzərə ilə qarşılaşıb. Belə ki, evə icazəsiz daxil olan naməlum bir qadının çılpaq formada yuxuya daldığını görüb.

Ev sahibi tərəfindən oyandırılan qadın paltarlarını geyinərək polisin gəlməsini gözləyib. O, hələ ki şəxsi mülkə icazəsiz daxil olmaqda ittiham edilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm