Maraq dünyası
Antraktidanın 25 dərəcə istidə yaşayan canlıların izləri tapıldı
Cənub yarımkürəsinin ən uc nöqtəsində yerləşən Antraktida materikində daha öncə kəşf edilməmiş heyvan və bitki növlərinin izləri tapılıb.
Publika.az xəbər verir ki, buz təbəqəsinin altındakı vulkanların isitdiyi mağaralarda bilinməyən canlı növlərinin yaşama ehtimalı irəli sürülüb.
Avstraliyalı elm adamları materikin Ross adasındakı aktiv Erebus vulkanının çevrəsinin buxarla açılmış buz mağaraları ilə əhatələndiyini aşkar edib. Avstraliya Milli Universitetinin professoru doktor Ceridven Fraser isə mağaralarda istiliyin 25 dərəcəyə qədər qalxdığını bildirib.
Həmin mağaralardan götürülən torpaq nümunələrində yosun və kiçik heyvanlara aid “təəccüblü” DNT nümunələri tapılıb. Fraser götürülən örnəklərdə daha öncə dünyanın heç bir bölgəsində rast gəlinməyən canlıların izlərinin olduğunu deyib.
Lakin araşdırmada yer alan Meyn Universitetinin professoru Louri Konnell tapılan canlı növlərinin həyatda olduğuna və nəsillərini davam etdirdiyinə inanmadığını qeyd edib: “Növbəti addım mağaralara daha yaxından nəzər yetirib canlı orqanizm axtarışlarına çıxmaqdır. Əgər belə bir iz tapsaq, önümüzdə çox həyəcanlı və maraqlı dünyanın qapıları açılacaq”.
Zümrüd
-
İdman13:26
Musa Qurbanlının Messi ilə FOTOSU yayıldı: Onlar necə görüşüb?
-
İdman13:01
"Real"ı yarımfinala daşıyan Luninin memar gözəlçəsi - FOTOLAR
-
Sosial12:31
Kəmaləddin Heydərov onu yüksək vəzifəyə təyin etdi - FOTO
-
Maraq dünyası12:00
May ayının şanslı BÜRCLƏRİ
-
Hadisə11:18
"Oğlan subay olub, qız isə..." - Bakıda gənclər hamamda necə ölüb? - VİDEO
-
Dünya10:41
Rusiya hərəkətə keçdi: Bu ölkə qırıcıları havaya qaldırdı
-
Avropa10:15
Zelenskini öldürmək istəyən şəxs bu ölkədə saxlanıldı
-
MDB09:48
Moskvada motosikletçini öldürən Şahin Abbasovun mənzilindən görün nə qədər pul tapıldı - FOTO