Məşhur rəssam illər sonra 19 bioloji uşağı ilə görüşdü - VİDEO
Bizi izləyin

Maraq dünyası

Məşhur rəssam illər sonra 19 bioloji uşağı ilə görüşdü - VİDEO

57 yaşlı amerikalı rəssam Maykl Rubino bioloji övladları ilə görüşüb.

Publika.az xəbər veri ki, donorluq edən R.Maykl heç ağlına gətirməzdi ki, bioloji atası olduğu uşaqlar bir gün onu tapacaq. ABŞ nəşrinə açıqlama verən rəssam bu işi maliyyə xətrinə etmədiyini deyib.

"Mən düşünürdüm ki, əgər şansım gətirsə, təsadüf nəticəsində o uşaqlardan 2 ya da ən uzağı 3-nü görə bilərəm. Amma 19-nu da birdən gördüm. Mən çox xoşbəxtəm. Onların hər birini ilk baxışda sevdim"- deyə hisslərini bölüşüb.

Onun bioloji uşaqlarından ən böyüyünün 21, ən kiçiyinin isə 16 yaşı var. Uşaqlardan 11-nin göy gözləri var.

Uşaq sahibi olmayan ailələrə könüllü şəkildə sperm bağışlayan Maykl bu xidmətin qarşılığında cəmi 50 dollar alırdı. Onu da xeyriyyə məqsədilə donor bankına bağışlayırdı.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm