Dünyanın ən qədim kitabı: Gələcəkdən xəbər verir - Heç nə hərflə yazılmayıb - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Dünyanın ən qədim kitabı: Gələcəkdən xəbər verir - Heç nə hərflə yazılmayıb - FOTOLAR

Dəyişikliklər kitabı olaraq tanınan “I Çinq” dünyanın ən qədim kitabıdır.

Publika.az xəbər verir ki, 6 sətrdən ibarət olan bu kahinlik kitabının oxunuşunda 64 ədəd çubuq və ya qəpikdən istifadə edilir.

“I Çinq” kitabı təxminən 5000 il öncə çinlilər tərəfindən yazılıb. Ancaq bu kitabın hazırlanmasında hərflərdən istifadə edilməyib.

Kitabın digər falçılıq vasitələrindən ən önəmli fərqi insana heç bir şey vəd etməməsidir. Həmin kitabdan sadəcə verdiyiniz sualın cavabını ala bilərsiniz.

"I Çinq"ə sual verən insan tam səmimi olmalıdır. Buna əmin olduqdan sonra qəpikləri və ya çubuqları sətirlərə atmalıdır. Nəticə olaraq isə altı köşəli ulduzun (hekseqram) mənasını oxumaq lazımdır. Kitab ona müraciət edən insanın başına gələcək pisliklərin necə qarşısını alacağını da deyir.

Hekseqramların ilk izahını eradan əvvəl 1000-ci ildə Kral Ven verib. Konfutsi isə bu kitaba öz inanclarına uyğun formada açıqlamalar yazıb. Bununla yanaşı, “I Çinq”ə sosioloji və fəlsəfi izahlar da verilib.

Hekseqramdakı hadisələr 3 yerə ayrılır. Birincisi çevrə qaydalarından bəhs edir. İkincisi insanın şəxsi durumunu, üçüncüsü isə insanın özü və başqaları ilə olan münasibətlərini izah edir.

Yaponiya və Çində olduqca məşhur olan bu kahinlik sistemindən insanlar bu gün nə geyinəcəklərini belə soruşurlar.

Bu sehrli kahinlik kitabının necə işlədiyi qərbli elm və düşüncə adamları tərəfindən hələ ki, aşkarlanmayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm