Dünyanı mat qoyan xəstəlik: Bu uşaqlar yalnız gün çıxanda hərəkət edə bilirlər - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Dünyanı mat qoyan xəstəlik: Bu uşaqlar yalnız gün çıxanda hərəkət edə bilirlər - FOTOLAR

Pakistanın İslamabad şəhərində nadir xəstəlikdən əziyyət çəkən uşaqlar dünya mediasını heyrətə gətirib.

Publika.az xəbər verir ki, iki qardaş - 9 yaşlı Məhəmməd və 13 yaşlı Əbdül nadir xəstəlikdən əziyyət çəkir. Uşaqların atası Sahib Əhməd deyir ki, bu xəstəlik anadangəlmədir:

"Körpə vaxtı başa düşmürdük. Günün ikinci yarısından sonra uşaqlar tərpənmirdi. Elə bilirdik yatıblar. Sonra zamanla bunun anormal bir hal aldığının şahidi oldum. Onlar gərgin və halsız olmağa başladılar. Həkimlər buna heç bir əlac edə bilmirlər".

Uşaqların özlərindən kiçik bir bacıları da var. Lakin xəstəliyin simptomları yalnız iki qardaşda müşahidə olunur. Hava qaralan kimi onlar yavaş-yavaş halsızlaşır, yemək yeyə, su içə bilmirlər. Hətta gözlərini də açmırlar. İflic vəziyyətində yatırlar.

Uzun illərdir bu xəstəliklə yaşayan uşaqların həyatı yalnız səhər gün işığı ilə yenidən başlayır. Onlar yaşamaq üçün 14 saat sonra günəşin çıxmasını gözləyirlər. Maraqlısı budur ki, bu uşaqlar gündüz vaxtı digər uşaqlar kimi sağlam olurlar.

Dünyanın bir çox yerindən gələn həkimlər uşaqları müayinə edib. Valideynləri qohum olduğu üçün bu genetik xəstəlik olaraq adlandırılsa da, tibbdə adını və müalicəsini tapmaq olmur.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm