Maraq dünyası
Elmə məlum olmayan heyvan tapıldı - - FOTOLAR
Türkmənistanın Koytendaq dağının ətəyində yerləşən Kaptarxan mağarasında naməlum heyvan aşkarlanıb.
Publika.az xəbər verir ki, yeni və heç bir heyvana bənzəməyən görünüş ilə alimləri düşündürən heyvan dərhal araşdırma üçün laboratoriyaya aparılıb. İlkin görünüşünə görə buğumayaqlılar sinfinə daxil edilən heyvanın genetikası araşdırılır.
Gözləri olmayan canlını tapıldığı yerə görə şərti olaraq "Turkmenocampa" adlandırıblar. Sözün birinci tərəfi Türkmənistan, ikinci tərəfi isə heyvanın tapıldığı mağaranın adı ilə bağlıdır. Alimlər heyvanı tələyə qoyulmuş pendir vasitəsilə tutublar.
Namılum varlığın gözləri olmasa da iki quyruğu və uzun ayaqları var. Hələ ki alimlər onun genetikasına aid heç bir nəticəyə gələ bilməyiblər. Bu heyvanın hansı şəraitdə daha əlverişli yaşama şərtlərinə uyğunlaşması da sual altındadır.
Laboratoriya nəticələrinə əsaslanaraq alimlər, naməlum canlının dezoksiribinuklein turşusunun izlərinin daha əvvəl Antarktidanın vulkanik mağaralarından birində rast gəlindiyini deyiblər. Avstraliya Milli Universitetindən olan alimlər əmindir ki, burada yerləşən vulkanlarda həyat qaynağı var.
Könül Cəfərli
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı
-
Ekologiya18:49
Hava şəraiti kəskin dəyişəcək - XƏBƏRDARLIQ
-
Avropa18:38
İranın Parisdəki konsulluğuna partlayıcı ilə daxil olan şəxs SAXLANILDI
-
Region17:53
Əcnəbilərə sertifikatları pulla satan rektor işdən çıxarıldı