Dünyanı ələ alan dilənçilik ABŞ-dan başladı - "Çirkinlər Qanunu"
Bizi izləyin

Maraq dünyası

Dünyanı ələ alan dilənçilik ABŞ-dan başladı - "Çirkinlər Qanunu"

Dünyada müharibələrin ağılasığmaz səbəbləri, mədəniyyət adı altında nümayiş edilən nümunələr və millətlərin psixologiyasına yeridilən qəribə adət-ənənələri anlamaqda çətinlik çəkirik. Keçmişdə insanların vəhşiliklərini nəzərə alsaq (prezidentlərin güllələnməsi, məhbusların elektrik stullarına bağlanması, diri-diri yandırılan ictimai fiqurlar və s.) bunun səbəbini öyrənmək üçün bir neçə əsr gecikmiş hesab olunuruq.

Heç düşünmüsüz ki, fiziki qüsurlu insanların bu dərəcədə həyatdan təcrid olunmasının, hər addım başı dilənçilik edən insanların yaranma tarixi hansı faktlara dayanır?

Publika.az sizə tarixin maraqlı faktlarını təqdim edir:

Söhbət elə də uzaq keçmişdən yox, məhz 19-cu əsrdən gedir. Mahiyyət etibarilə 21-ci əsrdən çox da fərqlənməyən bu əsrdə cərəyan edən siyasi və hüquqi proseslər cəmiyyətin yaşayış səviyyəsinə olduqca ciddi şəkildə təsir edirdi. Diqqət etsək, bu gün də həmin diskriminasiyaların fəsadlarına rast gəlmək olar.

Bu dövrdə xüsusilə azadlığın, rahatlığın məkanı hesab olunan ABŞ-da insanlar arasında son dərəcə kəskin ayrı-seçkilik mövcud idi. İnsanları qərəzli şəkildə ölümlə qarşı-qarşıya qoyurdular. Və 19-cu əsrdə ABŞ və dünya tarixində ən iyrənc qanun olan "Çirkinlər Qanunu" qəbul olundu. Hər şey bu qanunun qəbul olunmasından sonra daha da ağırlaşdı.

Lap dəqiq desək, qanun ilk dəfə 1867-ci ildə San Fransiskoda qüvvəyə minib. Daha sonra Çikaqo, Klivlend, Denver, Portlend, Omaha kimi şəhərlərdə də bu "qanun" geniş yayılmağa başlayıb. Şəhərlərdə yaşayan çirkin insanlar, əlil və fiziki qüsurlu şəxslərə, eləcə də azyaşlılara ayrı münasibət bəslənirdi. İnsanlar onlarla iyrənc məxluqlar kimi davranırdı. Cəmiyyətdə onları "Göz Zövqünü Korlayan Dilənçilər" kimi adlandırırdılar.

"Çirkinlər Qanunu"na görə, əngəlli ABŞ vətəndaşlarının ictimai yerlərdə sərbəst hərəkətlərinə və azad şəkildə ünsiyyət qurmaqlarına qadağa qoyuldu. Onlar mövcud yaşam standartlarına uyğun gəlmədiyi üçün heç kim onlarla əməkdaşlıq, yoldaşlıq etmək istəmirdi. İnsanları əsarətdə saxlayan qanun onları dilənməyə məcbur edirdi.

Bu qanun ictimai yerlərdən əngəlli vətəndaşları təmizləsə də, idarəçilik sözün əsl mənasında beyindən əngəlli olan oliqarxların əlinə keçməyə başladı. Əsl əngəlli bədənlərində hər hansı qüsur olan vətəndaşlar deyil, belə bir qanunu tətbiq edən beyinlərdə idi.

Qanun onların evdən çıxmasını qadağan edirdi. Əngəlli insanın evdən çıxıb mağazaya getməsi üçün 1 dollardan 50 dollara qədər ödəniş etməsi gərəkirdi. Məbləğ bəzi şəhərlərdə məsafəyə görə, bəzilərində isə çöldə olduğu zamanın müddətinə görə dəyişirdi.

Qanun geniş vüsət alaraq ölkənin bir çox yerində əngəlli vətəndaşların azadlıq hüquqlarına məhdudiyyətlər qoymağa başladı.

Bu qanun ABŞ tarixində insanları dilənçiliyə sövq edən ilk maddi nümunə olaraq da tarixə düşüb.

"Çirkinlər Qanunu"na görə ictimai yerlərə çıxarkən cərimələnən əlil vətəndaşları cərimələri ödəyə bilmədikləri üçün ya həbsxanaya göndərilərək ağır işgəncələrə məruz qalırdılar, yaxud da kimsəsizlər evinə sürgün edilirdilər. İctimai sektorda yaşamaq üçün iş tapa bilməyən vətəndaşlar da küçələrdə dilənçilik edərək cərimə məbləğini toplayırdılar. Bu onlar üçün insan arasında olmaq üçün bir bəhanə olsa da, sözün əsl mənasında onlar bununla öz dolanışıqlarını təmin edirdilər.

Bu qanun 20-ci əsrin 2-ci rübünə qədər ABŞ-ın sözügedən şəhərlərində tətbiq edilsə də, 1974-cü ildə bu qanun rəsmi olaraq ləğv edilib. Qanun əsasında tətbiq edilən son cərimələrin, həbs və sürgünlərin Omaha ştatında qeydə alındığı bildirilib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm