Bakıda heykəli ucaldılan bu şəxs kim idi: Casus, dələduz, yoxsa qəhrəman?
Bizi izləyin

Maraq dünyası

Bakıda heykəli ucaldılan bu şəxs kim idi: Casus, dələduz, yoxsa qəhrəman?

Rixard Zorge və Yekaterina Maksimova

Günlərin bir günü Villi Ştal Komiterninin alman seksiyasının əməkdaşı rus dili dərsini tədris etmək üçün yeni müəllim dəvət edib, onu digər əməkdaşlara təqdim edir. Bu şəxsin adı Rixard Zorge idi. Zorgenin burada ünsiyyət qurduğu ilk müəllim Yekaterina Maksimova olur. Yekaterina elə ilk söhbətdən Rixardın diqqətini cəlb edir. Zərif, gözəl gənc qadın, alman və fransız dillərini mükəmməl bilən pedaqoq, Aleksandr Blok yaradıcılığına xüsusi rəğbətlə yanaşan ədəbiyyatsevər Yekaterinaya heyran olmamaq mümkün də deyildi.

Bir dəfə Katya masasının üzərindəki kişinin fotoşəklini çəkinərək Zorgeyə göstərir və izah edir ki, bu həyat yoldaşı Yuri Nikolayeviç Yurindir. Yuri Katyanın ilk teatr müəllimi olmuşdu. Günlərin bir günü Yekaterina ustadının ağır xəstəliyə düçar olduğunu öyrənir. Yurinin birinci arvadı xəstəlik barədə eşidər-eşitməz onu və 8 yaşlı qızını atıb, qaçır. Müəllimi diplom işini yenicə müdafiə etmiş Katyaya xəbər verir ki, müalicəsi üçün təcili olaraq qızı ilə birgə xaricə getməlidir. Lakin orda müalicə aldığı müddətdə övladını kimin yanında qoyacağını bilmir. Katya həmin gün həyatını kökündən dəyişir. Teart karyerasını başlamadan bitirib, ustadı ilə birgə yola çıxmağa qərar verir. Lakin ölkəni tərk etmək üçün o Yuri Nikolayeviçlə mütləq ailə qurmalı idi. Ağır xəstəlikdən əziyyət çəkən Yuri tezliklə dünyasını dəyişir, Yekaterina Rusiyaya geri dönməli olur. Öncə bir zavodda işə düzəlir. 15 il burada çalışdıqdan sonra yüksək vəzifəyə yüksəlir.

Картинки по запросу ZORGE

Katya ilə görüşəndə Zorge də subay deyildi. Kristina Herlax adlı xanımla ailə qurmuşdu. Tezliklə Katya ilə Zorge arasında gözəgörünməz bağ yaranır. Onların ümumi marağını cəlb edən mövzular çox idi. Tez-tez Rixard Yekaterinadan şeir oxumasını istəyər, özü də saatlarla oturub, onu dinləyərdi. Birgə çox maraqlı vaxt keçirən cütlüyün bir-birinə olan hissləri günbəgün daha da dərinləşirdi, onlar zamanın necə keçdiyinin fərqinə belə varmır, ayrılmaq istəmirdilər.

Günlərin bir günü Rixard şəhərdən itir. Düz 3 il ondan xəbər-ətər çıxmır. Nəhayət bir gün üzə çıxıb, Katyaya evlənmək təklifi edir və bildirir ki, Kristinadan artıq rəsmi şəkildə boşanıb. 1933-cü ildə Zorge və Maksimova rəsmən evlənirlər. Toydan 2 həftə sonra isə Rixard Yaponiyaya gedir.

Katyanın sevimli ərinin əsl işi haqda hələ məlumatı yox idi. Bir çox qurumun diqqət mərkəzində olacağından isə heç şübhələnmirdi. Bir müddət sonra Yekaterina Maksimova Lublyanka şəhərində 9 ay müddətinə azadlıqdan məhrum edilir. Nə qədər dindirilsə də, Rixardı ələ vermir. Əslinə qalanda isə məsələdən tam məlumatsız olmağının da rolu böyük idi.

Saf sevgi, yoxsa saxta nikah?!

Tarixdə bir ehtimal da var ki, Zorge ilə Maksimovanın nikahı saxta olub. Kəşfiyyatçı Zorgenin ən böyük arzusu isti ailə ocağı idi. Qəribədir ki, Katya həbsdə olduğu müddətdə ərinə hətta senzuradan kənar məktublar yazmağa icazə verilirdi. O, məktublarını fransız dilində qələmə alırdı ki, yalnız Rixard oxuya bilsin. Zorge isə xanımının namələrini almanca cavablayıb, geriyə yollayırdı. Təəssüf ki, Katyanın məktubları haqda heç bir mənbədə məlumat qalmayıb. Lakin Zorgenin yazıları hələ də onun tədqiqatçıları tərəfindən qorunur. Məktubları oxuduqca bir daha əmin oluruq ki, cütlük arasındakı güclü mənəvi bağ adi ailə, dostluq, nikah kimi münasibətlərdən üstün olub. 1935-ci ildə aşıqlərin Yaponiyada görüşü baş tutur. Xanımının hamilə olduğunu öyrənən Zorgenin sevincinin həddi-hüdudu yox idi. Lakin bir müddət sonra Katya bətnindəki körpəsini itirir. Bundan gec xəbər tutan Zorge ona məktubunda yazırdı: “ Səni çox sevirəm, bütün düşüncəm, fikrirlərim sənin yanındadır. Hər zaman mənimləsən!"

Bəzi tarixçilərsə kəşfiyyatçının xanımına olan ülvi hisslərinə şübhə ilə yanaşırlar. Çünki Yaponiyada yaşadığı dövrdə həyatında onlarla qadın olub. İddia olunur ki, Zorgenin birgə yaşadığı Hanako adlı məşuqəsi də varmış. Hanako özünü Rixardın qanuni arvadı hesab edir, hətta dul qalandan sonra SSRİ təqaüdü alırmış.

Bu da son...

1941-ci ildə Zorge SSRİ-nin cəsusu olmaqda günahlandırılaraq Yaponiyada həbs edilir. Katya isə faşist Almaniyasına qarşı əri ilə əlbir iş görməkdə təqsirli bilinir.

Yekaterinanı ələ verən qohumu həbs edilir. Mənbələrə görə, həmin qadın elə həbsxanada özünü asaraq ölür.

1943-cü ildə Katya sürgünə göndərilir. Orada naməlum səbəblərdən baş verən yanğın zamanı xəsarət alıb, dünyasını dəyişir. Yekaterina Maksimovanın son sözləri isə bu olur: “Nəyə görə?”

Похожее изображение

Bu bədbəxt hadisədən bir neçə ay sonra isə sevimli xanımının ölümündən xəbərsiz Zorge edam olunur. Onun adının əbədiləşdirilməsi uğrunda isə yapon məşuqəsi Hanako İsii ömrünün sonunadək əzmlə çalışır. 1964-cü ildə Rixard Zorge Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülür.

Leyla Sarabi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm