"Ağıllı zavod" tikiləcək
Bizi izləyin

Maraq dünyası

"Ağıllı zavod" tikiləcək

"LG Electronics” şirkəti Koreya Respublikasında 525 milyon dollar dəyərində zavodun inşa edilməsi ilə bağlı planlarını açıqlayıb.

Publika.az xəbər verir ki, zavodun inşasında süni intellekt və internet texnologiyalarından istifadə olunacaq. Ümumi sahəsi 336 min kvadratmetr olacaq zavodun tikintisi 2023-cü ilə qədər tam başa çatacaq.

Tikinti hazırlanmış vahid sistemlə idarə olunacaq. Süni intellekt hər bir mərhələnin arasındakı vaxtı azaldaraq bütün istehsal prosesinə avtomatik nəzarət edəcək.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm