Yad planetdə kişi ilə qadının bərabər qalmasının İNSANLAR ÜÇÜN BÖYÜK TƏHLÜKƏSİ
Bizi izləyin

Maraq dünyası

Yad planetdə kişi ilə qadının bərabər qalmasının İNSANLAR ÜÇÜN BÖYÜK TƏHLÜKƏSİ

Britaniya astronavtı Helen Şarman qəribə açıqlama ilə çıxış edib. O, qeyd edib ki, seks Marsın müstəmləkələşdirilməsi prosesində bütün əməliyyatı təhlükə altına qoyur. Buna görə də, ekipaj həmcins kosmonavtlardan ibarət olmalıdır.

Publika.az bildirir ki, bu haqda o, "Sun" nəşrinə müsahibəsində bildirib.

Onun fikirinə görə, kişilər və qadınlar uzun müddət bir yerdə qalarlarsa təbii ki, bir-biri ilə sekslə məşğul olacaqlar və bu hal, öz növbəsində münaqişələrə və arzu edilməyən hamiləliklərə gətirib çıxaracaq.

NASA-ın nəşr edilməmiş hesabatına istinad edərək, Helen qeyd edib ki, insan üçün kosmosda mümkün cinsi əlaqələrin nəticələri hazırda praktik olaraq öyrənilməyib və kosmik gəmilərdə doğuş qəbul etmək mümkün deyil. Xanım astronavt bu səbəbdən vurğulayır ki, gələcək kolonistlərin tərkibi yalnız kişilərdən və ya yalnız qadınlardan ibarət olmalıdır.

Zaur H.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm