Melaniyaya oxşamaq üçün 37 min xərclədi: "İndi mənimlə evlənmək istəyirlər" - FOTOLAR
Bizi izləyin

Maraq dünyası

Melaniyaya oxşamaq üçün 37 min xərclədi: "İndi mənimlə evlənmək istəyirlər" - FOTOLAR

ABŞ-ın Texas ştatının Hyuston şəhərində yaşayan 42 yaşlı Klaudiya Siera uzun illər xərçəng xəstəliyindən əziyyət çəkdiyi üçün fiziki görünüşündə ciddi problemlər yaşayıb.

Publika.az Daily Mail-a istinadən xəbər verir ki, qadın ABŞ prezidenti Donald Trampın xanımı, Melaniya Trampa bənzəmək üçün nə az, nə çox, düz 37 min funt sterlinq pul xərcləyib.

"Ərim mənə çox yaşlı görünürsən dediyi üçün özümü birinci xanıma oxşatmaq istədim" - deyən Siera "first lady"-ə bənzəmək üçün sinə ölçülərini böyüdüb, qarnını incəldib, 6 kiloqram arıqlayıb, gözlərini və üz dərisinin çəkilməsi kimi riskli estetik əməliyyatlar keçirib.

Siera mətbuata açıqlamasında deyib ki, Melaniya ilə çox oxşarlıqları var:

"O da güclü qadındır, mən də. Trampla evləndiyi üçün hər kəs ona qəribə baxsa da, o, hər kəsə sevginin gücünü sübut etdi. Elə buna görə insanların mənə baxanda onu görməsini istəyirəm. Əvvəl məni bəyənməyənlər indi mənimlə evlənmək istəyirlər."

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm